reklam
Regionxeberlericom.az » Gündəm » Vüqar Kərimov Rusif Kərimova ETSN-də vəzifə vəd edib? - İLGİNC FAKTLAR

reklam

Vüqar Kərimov Rusif Kərimova ETSN-də vəzifə vəd edib? - İLGİNC FAKTLAR



















Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri xatırlayarlar: SSRİ dönəmində təqvimin 23 fevral səhifəsi sovet ordusu və hərbi donanması günü idi. Hərbçilərin, o cümlədən qadın hərbçilərin) istirahət günü sayılan həmin tarix mülki vətəndaşlar arasında “Kişilərin bayramı” (hərbçilər arasında kişilərin çoxluğunu nəzərə alaraq) kimi qeyd olunurdu. Sovet İttifaqı dağılandan sonra həmin təqvim yalnız Rusiyada və Belorusiyada “Vətənin müdafiəçisi günü” kimi əlamətdardır.
Hərçənd, haqqında söz açdığımız Rusif Kərimovun ömrünün “sovet dövrü” onun ağlıkəsməz uşaqlıq illərinə düşsə də, gənc ikən Moskvada tikinti sektorunda çalışıb və yəqin, rus “kişilərin bayramı”nı məmnuniyyətlə qeyd edib. Havası da başında qalıb.
Ötən il məhz fevralın 23-də Masallı ictimaiyyətinin “köhnə kişiləri” bir araya yığılıb Rusif Kərimova özünəməxsus şəkildə hədiyyə ediblər – Onu rəhbərlik etdiyi idarədə yığıncaq keçirərək, Yeni Azərbaycan Partiyası ərazi təşkilatına sədr “seçiblər”. Xatırlanır ki, həmin hadisə yığıncaqdan sonra Rusifin hesabına düzənlənən və qadınların da qatıldığı yeyib-içmək məclisi ilə davam edib...



Söhbət Viləşçay Su Anbarı Istismar İdarəsinin rəisindən gedir. Bu mövzuda saytımızda gedən “Rusif Kərimov – “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Yaponçiki”” sərlövhəli və digər məqalələrimizdə uzun müddət İdarədə hidrotexnik, mühəndis, baş mühəndis işləmiş Kərimov Rusif Şakir oğlunun iki il əvvəl idarəyə rəis vəzifəsinə təyin olunandan sonra qol qoyduğu qanunsuzluqlardan söz açmışdıq. Onun hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi, hidrotexniki qurğuların təmiri təyinatı ilə ASC-dən ayrılan vəsaitlərin mənimsənilməsi, tenderləri idarə rəisinin özünə yaxın şəxslərin rəhbərlik etdikləri şirkətlərə satmasından, fermerləri incitməsindən, idarənin texnikasını öz şəxsi maraqları naminə qeyri-qanuni icarəyə verməsindən, yanacaq və sürtgü materiallarını silərək talan etməsindən və başqa əməllərindən qanunsuzluqlara dair kifayət qədər informasiyalar vardır. Sitat: “İdarədə maşın və mexanizmlər üçün ehtiyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında dövlət vəsaiti mənimsənilir. Anbardakı balıq biznesi və anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə də tənqidi materiallar az deyil”.
Məqalələrimizdə ötən il ayrı-ayrı tarixlərdə qeydə alınmış, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimovun rəvac verdiyi talançılığa dair faktların video-görüntüləri təqdim olunmuşdu:
“13.08.2022-ci il tarixdə çəkilmiş video-materialdan bəlli olur ki, Su Anbarı İstismarı İdarəsinin ekskavatoru Viləşçay yatağından çınqıl qazıb daşıyır. Çəkilişə polis maşını da düşüb, amma görüntüdən məlum olur ki, asayış keşikçiləri nədənsə hərəkətsizlik edirlər.
27.11.2022-ci il tarixdə qeydə alınmış digər materialda isə Viləşçay Su Anbarının Masallı rayonunun Digəh kəndinin yuxarı başındakı (Digəhdən Bambaşı kəndinə gedən yolun altı) qarajının həndəvəri görüntüyə gəlir. Sakitçilik olanda Rusif Kərimovun texnikası beton boruları çıxarıb yük maşınına yükləyir. Qazılıb çıxarılmış boruların yerinə isə zir-zibil gətirib tökür, üstünü də traktorla hamarlayırlar. Sanki heç nə olmayıb kimi. Boruları daşıyan “Belorus” markalı traktorun isə dövlət nömrə nişanını görünməz ediblər ki, tanınmasın”.
Ümumiyyətlə, idarənin bütün texnikası Rusif Kərimovun və şəriklərinin korporativ maraqlarına xidmət edir. Şəxsi məqsədlərinə xidmət edən texnikanın köməyi ilə çay məcrasından torpaq, qum daşınaraq ayrı-ayrı şəxslərə satılır.
Rusif Kərimov həm də rayonda balıqçılıq biznesini O həm də su anbarından fermerlərə su ayırır, öz qiymətləri var, narazıllıqlar yaradır. Torpaq daşınır, çay tam ələ keçirib. Bildirilir ki, Rusif Kərimov və işbaz ortaqları Viləşbənd dəryaçasına 10 tondan çox balıq töküblər, adını da qoyublar “kiçik təsərrüfat”. İdarə rəisinin “qılıncının altından keçməyən” kişik balıqçı fermerlərinin vətəgələrinin suyu açılıb boşaldılır. Hətta camaatın mal-qarası içməyə su tapmır. Viləşbənd dəryaçasının tunelinin dövlətə 100 milyon manat maliyyə vəsaitinə başa gəlmiş qapısını tez-tez açıb-bağlayır, bu yolla suyu qurudub kütləvi şəkildə balıq tuturlar. Bu cür aşırı istismar isə tunelin qapısına ziyandır. Nəzərə almaq lazımdır ki, qapının təkcə sürtgü yağı 10 min manatadır.
Rəis vəzifəsində işə başlamasından ötən qısa müddət ərzində oliqarxa çevrilən Rusif Kərimovun kapitalı ölçüyəgəlməz hala çatıb və Masallıdan paytaxt Bakıya “sıçrayıb”, hətta ölkənin hüdudlarını belə aşıb. Bildirilir ki, Rusif Kərimovun Türkiyədə 3 evi var.
Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən məlum olur ki, Rusif Kərimovun qol qoyduğu bu ekoloji fəlakətlərin başında Ekologiya və Təbii Sərvət nazirinin müavini Vüqar Kərimov və onun cənubdakı kadrlarından olan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyevin durublar. Məlumata görə, Rusif Kərimova həmçinin “Meliorasiya və Su Təsərrüfatı” ASC rəhbərliyi ilə münasibətlərinin gərginləşəcəyi təqdirdə ETSN-nin yerli strukturlarının birinə rəhbər vəzifəyə götürüləcəyi vəd edilib. Özünə havadar tapmaqda və himayədarlarının sayını artırmaqda mahir olan Rusif Kərimov Masallı RİH baçşçısı ilə eyni 9 mərtəbəli binada mənzil qonşusu olmağından da üstün imtiyaz kimi istifadə edir, az qala başçı ilə hər axşam nərd oynadığını məhrəm məclislərdə dilə gətirir.
Mövzuya qayıdacağıq.


Tutar qatıq, tutmaz ayran: Vüqar Kərimov Rusif Kərimova ETSN-də vəzifə vəd edib?
Tutar qatıq, tutmaz ayran: Vüqar Kərimov Rusif Kərimova ETSN-də vəzifə vəd edib?
Tutar qatıq, tutmaz ayran: Vüqar Kərimov Rusif Kərimova ETSN-də vəzifə vəd edib?
Tutar qatıq, tutmaz ayran: Vüqar Kərimov Rusif Kərimova ETSN-də vəzifə vəd edib?





Paylaş:


Müəllif : Tarix:
20-04-2023, 10:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər