Naxçıvanda "eksperementlər" davam edir - İndidə tibb işçilərinin maaşları kəsildi..

Naxçıvanda tibb bacılarının böyük əksəriyyətinin maaşı 15-20 faizədək azaldılıb. Teref.az yazır ki,bu haqda „Gündəlik Naxçıvan“a bir qrup tibb işçisi məlumat verib. Onlar deyir ki, maaşı aşağı salınanlar Naxçıvan üzrə tibb bacıları və xəstəxana xadimələrinin təxminən 80 faizini təşkil edir.
Tibb bacılarının kiçik bir qisminin maaşı isə, 20 faizədək artırılıb. İşçilərinin maaşı artırılan tibb müəssisələrindən biri də Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzidir.
Naxçıvanda tibb bacılarının maaşlarının azaldılacağı ilə bağlı iki həftə öncə onların özlərinə istinadən məlumat vermişdik. Lakin, Səhiyyə Nazirliyi bu məluma reaksiya verərək, deyilənlərin həqiqətə uyğun olmadığını, maaşların yerində qalacağını bildirmişdi.
Naxçıvan MR Xəstəxansında tibb bacısı vəzifəsində çalışan M. N. deyir ki, nazirliyin bu açıqlamasından sonra maaşlarının kəsilməyəcəyinə ümid edirmişlər:
“Maaşları gecikdirirdilər. Hamı şübhələnirdi ki, azaldacaqlar deyə, gecikdirirlər. Lakin, içimizdə bir ümid var idi, o da olmadı. Mənim maaşımdan düz 80 manat kəsilib. Bu, maaşımın təxminən 20 faizidir. Bəzilərində az, bəzilərində biraz çox, hamımızın maaşı azaldılıb. Hər yerdə maaşlar artılır, bizdə tam əksinədir. Samir Sadıxov Naxçıvan səhiyyəsinə rəhbərlik edəndən haqsızlıqların sayı artıb. Rüşvət yeyirlər, gözləri doymur. İndi də gözlərini yazıq tibb bacıları və xadimələrin qəpik-quruşuna dikiblər. Hər kəs narazıdır”.
Təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən xəstəxana xadiməsi də maaşlarının azaldığını bildirir:
“Maaşımızı kəsiblər. Biz yazıqların da puluna göz dikiblər. Maaşımı alanda məlum oldu ki, 53 manat kəsilib. Bu bizim üçün çox böyük məbləğdir. İki gündür ki, ağlayıram. Kimə şikayət edəsən?”
Məsələyə münasibət öyrənmək üçün həm Azərbaycan, həm də Naxçıvan MR səhiyyə nazirliklərinə müraciət etsək də, onlar suallarımızı cavablandırmaq istəmədilər.
Bundan bir müddət öncə isə, tibb bacılarının aylıq iş saatı 160-dan 240-a qaldırılmışdı. Onlar bunun qarşılığında maaşlarının da artırılmasını tələb edirdilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-10-2023, 11:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT