`Sahil-S İnşaat` MTK-nın sakinlərinin dərdi bitmək bilmir... - NARAZILIQ VAR!

"Azərsu" ASC ölkədə ən "qurd ürəyi yemiş" təşkilatdır ki, ölkə rəhbərliyinin vətəndaşların problemi ilə bağlı tapşırığını icra etmir. Söhbət I Vitse-Prezident Mehriban Əliyevanın bu qurum qarşısında qoyduğu göstərişdən gedir ki, indiyə qədər yerinə yetirilməyib. Belə ki,
Bakının Yeni Günəşli massivində yerləşən “Sahil - S İnşaat” MTK-nın sakinləri I vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışdı. Müraciətdə xahiş edilirdi k, öz imkanları daxilində binadakı işləri yekunlaşdırmağa çalışan 165 ailənin təkcə su problemi həllini tapmır. Sakinlər Mehriban xanıma yazmışdılar ki, onları mənzillərinə köçməyə qoymayan “Azərsu” ASC-dir.
Sakinlər köməklik göstərilməsini xahiş etmişdilər. Bu müraciətdən sonra “Azəriqaz” və “Azərişıq” vətəndaşların problemlərini həll etsə də, "Azərsu" M.Əliyevanın tapşırığına məhəl qoymur. Sakinlər deyirlər ki, "Azərsu" əməkdaşları bir dəfə əraziyə gəliblər, ümumi baxış keçiriblər, özlərini yalandan da olsa göstəriblər, sonra o gedən gediblər, indiyə qədər heç bir iş görülməyib. Sakinlər indi sual edirlər ki, "Azərsu”nun bu saymazlığı və hörmətsizliyi nə ilə bağlıdır? Onlar Mehriban Əliyevaya müraciəti heçə sayırlar, onun göstərişini özləri üçün əhəmiyyətli hesab etmirlər, yoxsa pul daha üstündür bu qurumda? Sakinlər soruşurlar ki, "Azərsu" açıq şəkildə məsələyə aydınlıq gətirsin, onlar da bilsinlər ki, ölkənin rəhbərliyi, qanunları, yoxsa pulu "Azərsu" üçün keçərlidir...
Sakinlər daha əvvəlki müraciətdə də bildirmişdi ki, "Azərsu" Vitse-prezidentə müraciəti bir kənara qoyaraq 10 min manat ödənilməsini tələb etmişdi.
“Halbuki “Azəriqaz” və “Azərişıq” bir qəpik də istəməyib. "Mehriban xanımın diqqəti sayəsində dövlət qurumları bizə kömək etdilər. Ancaq “Azərsu” özünü “Burda mənəm, Bağdadda kor xəlifə” kimi aparır”, - deyə sakinlər bildirirlər. Müraciət müəlliflərinin sözlərinə görə, onların 10 min manatı vermək imkanı yoxdur: “Biz fırıldağın qurbanı olmuşuq. Bu günə kimi nə qədər pullarımız gedib. Şirkət rəhbəri bir mənzili bir neçə nəfərə satıb, şikayətimiz əsasında həbs olunub.
Biz gücümüz çatan işlər görmüşük. Amma “Azərsu”ya 10 min manat verə bilmirik. Bizi maraqlandıran məsələ odur ki, necə olur Mehriban xanıma müraciətimizdən sonra işıq və qaz problemimiz həll olunur, su problemi isə pulla həll olur? Bu, “Azərsu” rəhbərliyinin hörmətsizliyidir. Bir binanı su ilə təmin etmək o qədər də çətin iş deyil.
“Azərsu” hər gün milyonlarla ev və mənzillərdən su pulu alır, yüzlərlə evlərə, məhəllələrə, binalara su çəkilməsinə görə rüsum alır, bu qurum üçün dələduzluğun qurbanı olmuş 165 ailəyə yardım etmək çətin olmamalıdır. Amma görünür ki “Azərsu”nun gözünü pul necə tutubsa, hətta Mehriban xanıma olan müraciəti də qəbul etmirlər. Bütün hallarda dövlətimizə, onun rəhbərliyinə və iradəsinə inanırıq. Ümid edirik ki, səsimizə səs veriləcək".
Azər Talıbov
Anaxeber.info
Paylaş:
Müəllif : Fuad
Tarix:1-08-2023, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO