RZA TALIBOV RÖYAYA MÜLK BAĞIŞLAYIB? – FOTO, VİDEO
Əməkdar artist Röya Ayxan Naxçıvanda konsert verir, bundan əvvəl isə Bakıda ona 8 milyon manat dəyəri olan ağ saray bağışlanıb.
“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Bakı-Buzovna yolunda, Zaqulba prospektində yerləşən ağ saray 20 sot torpaqda inşa olunub. İçində 3 yataq otağı olan ağ sarayın həyətində 180 ton su tutumu olan hovuzu və qulluqçular üçün ayrıca ev də var. Şağan City elit yaşayış kompleksinin yaxınlığında yerləşən ağ saraya Röya Ayxana Vasif Talıbovun oğlu Rza Talıbovun inşa etdirib bağışladığı da bildirilir.
Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. O zaman Röya Ayxanın Naxçıvandakı konserti haqda “Yeni Sabah” xəbər yaymışdı. Sayt yazırdı ki, konsert Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə biznesinə daxil olan “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilib.
Sayt xüsüsi olaraq qeyd edirdi ki, Röya Ayxan vaxtilə Vasif Talıbovun oğlu Rza Talıbovun sevgilisi olub.
Rza Talıbovun müğənniyə bağışladığı iddia olunan ağ sarayla bağlı müzakirələr efirlərdə (https://www.youtube.com/watch?v=7Aa-491JPXM ) də müzakirə olunub. Belə ki, “Həmin Zaur” verlişində aparılan müzakirədə bir villa fotosu sərgilənib. Verlişdə qonaq olan şairə Nazilə Səfərli Röya Ayxanın Buzovnada tikilən bağ evindən danışıb.
Hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri olan Rza Talıbov Vasif Talıbovun iki oğlundan biridir. 40 yaşlı Rza Talıbovun vikipediyakı məlumatlarında Naxçıvanda rus məktəbini bitirdiyi xüsusi vurğulanır, onun 3 övlad atası olduğu qed olunur.
Onun qardaşı Seymur Talıbov ataları Naxçıvan Ali Məclisini sədri olduğu müddətdə Naxçıvan Dövlət Universitetinin prorektoru idi. Hazırda Seymur Talıbovla Vasif Talıbov Naxçıvandakı qəsrlərindən sovetdən qalma, dəyəri Röya Ayxana bağışlanan ağ saraydakı qarovulçu evindən də ucuz evlərinə köçürülüblər.
Rza Talıbov isə Bakıda qalıb, “atamın işlərinə qarışmıram” şəklində açıqlamalar verməklə gün keçirir.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2022, 18:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II