reklam
Regionxeberlericom.az » Gündəm » AMEA-da elmi-tədqiqat işlərini şübhəli şirkətlər həyata keçirir - Faktlar

reklam

AMEA-da elmi-tədqiqat işlərini şübhəli şirkətlər həyata keçirir - Faktlar















Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 43 min 500 manat olan tender müsabiqəsinin qalibi “Alfa 99 Corp” MMC (VÖEN- 1505786351) olub.

“Alfa 99 Corp” MMC AMEA-nın sifarişi əsasında Elmi-tədqiqat işləri üzrə tədqiqatlar aparacaq.

Nizamnamə kapitalı 10 manat olan “Alfa 99 Corp” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Ülvi Şahin oğludur.

“Alfa 99 Corp” MMC bu ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Yaxın tarixdə qeydiyyata alınmasına baxmayaraq MMC təkcə son 10 gün ərzində 4 tenderin qalibi olmağı bacarıb.

tenderin qalibi olmağı bacarıb.

Tender keçirən qurum  Qalib şirkət  Müsabiqənin adı  Məbləğ

“İçərişəhər” Muzey Mərkəzi  “Alfa 99 Corp” Sərginin təşkili  14 639 azn

4 nömrəli Uşaq Somatik Sanatoriyası “Alfa 99 Corp” Dəftərxana və təsərrüfat malları 9 595,85 azn

“Bakı şəhər Narkoloji Mərkəzi”  “Alfa 99 Corp” Dəftərxana və təsərrüfat malları 9 973,2 azn

AMEA  “Alfa 99 Corp”  Elmi-tədqiqat işləri  43 500 azn

Diqqət çəkən məqamlardan biri də odur ki, “Alfa 99 Corp” MMC-nin qanuni təmsilçisi Cəfərov Ülvi Şahin oğlu eyni tarixdə, eyni ünvanda qeydiyyatdan keçən daha 4 MMC-nin - "ORLONDO 22 CORP", "AZ LAND LT", "GREEN DREAM LT" və "CFR 22 CORP" MMC-lərin qanuni təmsilçisidir.

Adları qeyd olunan şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrinin qalibi olub.

Məlumdur ki, bu ilin əvvəlində yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Onu da xatırladaq ki, Cəfərov Ülvi Şahin oğlunun rəhbərlik etdiyi şirkətlərlə bağlı bir sıra başqa şübhəli məqamlar da var. Bu MMC-lərin qeydiyyatda olduğu hüquqi ünvanda - Ağa Nemətulla, ev 56, m. 105/135-də bu günə kimi çoxsaylı şirkətlər qeydiyyata alınıb və onlar da çoxsaylı tenderlərdə qalib olublar.






























Aşağdakı linklərə daxil olaraq ətraflı məumat ala bilərsiniz:

FHN-in sevimli ünvanı: Ağa Nemətulla, ev 56, m. 105/135... - Şübhəli sövdələşmə

Adının sonunda “LT” olan “sirli” şirkətləri kimlər himayə edir? - Siyahı




Paylaş:


Müəllif : Tarix:
11-11-2022, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər