reklam
Regionxeberlericom.az » Gündəm » Hərbi xidmətdən yayınan şəxs necə müharibə veteranı statusu alıb? - İTTİHAM VAR!

reklam

Hərbi xidmətdən yayınan şəxs necə müharibə veteranı statusu alıb? - İTTİHAM VAR!


















Yevlax rayonu Qoyunbinəsi kənd sakini Məmmədov Qabil Süleyman oğlu “Azerinfo.az” saytı redaksiyasına müraciət edərək bildirmişdi ki, həmkəndlisi Azər Səfərov Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2-1(81) 1380/2012 saylı qərarı hesabına saxtakarlıqla müharibə veteranı statusu almı və bu adla eyni qəbildən olan insanlara şamil edilən güzəşt və imtiyazlardan, maddi təminat növlərindən qanunsuz yararlanmışdır. Bu haqda saytımızda bir neçə gün əvvəl “SAXTA MÜHARİBƏ VETERANI STATUSU ALANLARIN PROBLEMİ HƏLƏ DƏ AKTUALDIR” sərlövhəli məqalə dərc olunmuşdu.

Qabil Məmmədov redaksiyamız təkrar müraciət etməklə həmin mövzuya əlavə olaraq yeni məlumatlar vermişdir. Onun təqdim etdiyi növbəti sənəd surətlərindən görünür ki, 2017-ci ilin əvvəlində Səfərov Azər Saleh oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi barəsində iddia tələbi ilə 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsİnə müraciət edərək “mövcud olan sənəd” əsasında özünə veteran adı və vəsiqəsinin verilməsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Səfərov Azər Saleh oğlu iddiasını onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin avqust ayında Yevlax rayonunda təşkil olunmuş və yerləşmiş 123 saylı döyüşçü batalyonun tərkibində (sonra Gəncə 709 saylı hərbi hissə) könüliü olaraq döyüş bölgələrinə getmişdir. Laçın, Ağdərə, Kəlbəcər və Ağdam bölgələrində olaraq orada həmin batlayonun tərkibində vuruşmuş, iştirak etdiyi döyüşlərdə kəşfiyyat bölüyündə döyüşçü-sanitar kimi xidmət etmişdir. Mütəmadi olaraq 709 saylı hərbi hissədə əmək haqqı alırmış. Həmin vaxtda o yetkinlik yaşına çatmamışdır, hətta onun yaşı hərbi xidmət keçmək həddində deyilmiş. Lakin buna baxmayaraq, onun bir vətəndaş olaraq, həm də qəlbində bir döyüş ruhu olan bir insan olaraq fikirləşmişdir ki, o heç kimdən artıq deyil və bu ağır vəziyyətdə Vətən üçün canını fəda verməyə hazır olan Vətən oğullarının yanında olmalı və onlarla çiyin-çiyinə Vətənə xidmət etməlidir. İştirak etdiyi ağır döyüşlərdə, bir neçə dəfə, döyüş meydanından yaralı döyüşçüləri kənara çəkib onlara yardım etmək vaxtı yaxınlığında ağır mərmilər partlamış və bu da onun sağlamlığına pis təsir etmiş, dəfələrlə yanında olan ağır partlayışlar zamanı müvəqqəti huşunu itirmiş, sonra özünü ələ alıb xidməti davam etdirmiş və həmin travmalar öz fəsadlarını verməkdədir. Səhhəttində problemlər yarandığı üçün onu qeydiyyatda olduğu Yevlax rayonun Mərkəzi Xəstəxanasına göndərmişlər və uzun müddət döyüş zamanı aldığı kələ-beyin travması ilə əlaqədar olaraq həmin xəstəxanada müalicə almışdır. Sonra da Yevlax rayon hərbi komissarlığında həqiqi hərbi xidmətə çağırılmış, lakin hərbi-həkim komissiyası tərəfindən aparılan müayinə zamanı onda ağır kəllə-beyn travmasının yaratdığı xəstəlik aşkar olunmuş və bu səbəbdən hərbi xidmət keçməkdən azad olunmuşdur. O, real olaraq döyüşçü-sanitar kimi qeyd etdiyi kimi Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə işirak etsə də, 2017-ci ilə kimi müharibə veteranı kimi heç bir statusa malik deyildi və bununla əlaqədar olaraq ona hər hansı bir hüquqi sənəd verilməmişdi. Verdiyi ərizəyə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəznində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»sı tərəfindən verilmiş d/o 1-11872 saylı 30.11.2016-cı il tarixli cavabla müəyyən edilmişdir ki, 123 saylı hərbi hissəsnin arxiv sənədləri olmadığından, onun xidmətini araşdırmaq və qərar qəbul etmək mümkün deyildir. Səfərov "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsini cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Müdafiə Nazrliyinin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar çıxanlmasını məhkəmədən xahiş etsə də, məhkəmə iddianı əsaslı saymışdır. Məhkəmə “müəyyən” etmişdir ki, Səfərovun H3 N: 6323534 saylı hərbi biletində 1992-1993-cü illərdə könüllü olaraq Yevlax rayonunda təşkil olunmuş və yerləşmiş 123 saylı döyüşçü batalyonun tərkibində (sonra 709 sayiı Gəncə hərbi hissə) könüllü olaraq döyüş bölgələrinə getdiyi barədə qeydlər Səfərovun xeyrinə qərar çıxarmaq üçün kifayət edir. Müdafiə Nazirliyinin sonradan bu qərardan apellyasiya şikayəti verib-vermədiyi barədə məlumat yoxdur.

Məsələ burasındadır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döviət Xidmətinin Yevlax rayon Şöbəsi müddətli hərbi xidmətə çağırdığı Yevlax şəhər sakini 1975-ci il təvəllüdlü Səfərov Azər Saleh oğlunu 21.01.1994-cü il tarixdə komissiyadan keçirərək, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edərək səfərbərliyə cəlb etməyib. Aydın məsələdir ki, Azər Səfərov özünün iddiasına görə 1992-93-cü illərdə döyüşlərdə iştirak etdiyi vaxt hələ hərbi bileti yox idi. Hərbi bileti o, 1994-cü ildə Yevlax hərbi komissarlığından alıb. Belə çıxır ki, Səfərov sonradan hərbi biletə əlavə qeydlər daxil etməyə müvəffəq olmuşdur.

Qabil Məmmədovun sözlərinə görə, Azər Səfərovun hərbi biletinə əlavə etdirməyə müvəffəq olduğu qeydlərdə göstərilən hərbi hissə qiyamçı Surət Hüseynovun sərəncamında olub. Surət Hüseynov ifşa olunandan sonra Azər Səfərov döyüşməsə də belə, hərbi biletindəki həmin saxta qeydlərin douracağı məsuliyyətdən qorxaraq Rusiyaya qaçmış, uzun müddət Azərbaycanda olmamışdır. İndi vətənpərvərliyi ilə öyünən Azər Səfərov 1994-cü ildən bu yana «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARının tələbinə uyğun olaraq 27 yaşı tamam olana qədər üç ildən bir (1997, 2000-ci illərdə) təkrar hərbi həkim komissiyalarından da keçməmişdir. Nədənsə bu barədə ona sual vermək məhkəmə hakimlərinin yadına düşməmişdir.

Qabil Məmmədovun fikrincə, Azər Səfərovun səhhəti ilə əlaqədar guya hərbi xidmətə yararsız olmasını, 1993-cü ilin dekabr ayında müalicə aldığını təsdiqləyən sənədlərin tərtibində həmin vaxt Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini daşımış atası Saleh Səfərovun rolu böyük olmuşdur. Qabil Məmmədov işdə olan Azərbaycan Respublikası Müdafiə Nazrliyi Mərkəzi Həkim Komissiyasının 12 saylı 20.05.2016-cı ii tarixli göndərişinin, Yevlax şəhər Xəstəxanasının 125 saylı 12.05.2016-cı il tarixli Forma 027/U arayışının həqiqəti əks etdirdiyinə inanmır. Bir daha xatırladaq ki, həmin sənədlərə Müdafiə Nazirliyinin özü də inanmır və 123 nömrəli hərbi hissənin arxiv sənədləri olmadığından, Nazirlik Azər Səfərovas veteran vəsiqənin verilməsindən imtina etmişdir. Maraqlıdır ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisinin Azər Səfərovun Yevlax şəhər Xəstəxanasından 125 saylı 12.05.2016-cı il tarixli Forma 027/U arayışını alıb-almaması barədə göndərdiyi sorğunu tam cavablandırmaqdan yayınmışdır. Səbəb kimi, 2018-ci ildən xəstəxanada icbari tibbi sığortanın tətbiqinə başlanıldığını göstərmişdir. Əcəba, icbari tibbi sığortanın tətbiqi tibb müəssisəsini polisin verdiyi sorğunu cavablandılrmaq məsuliyyətindən azad edirmi? – Başa düşülən deyil!

Redaksiya olaraq, öz növbəmizdə laqədar qurumlara göndərəcəyimiz sorğulara cavab aldıqdan sonra mövziya qayıdacağıq. Qarşı tərəfə də mövqeyini bildirməsi üçün tribuna təklif edirik. //azinfo.tv//





Paylaş:


Müəllif : Tarix:
21-07-2022, 11:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər