reklam
Regionxeberlericom.az » Gündəm » “Tehran Moskvanın təxribatından qəzəblidir” - ABŞ konsulluğuna endirilən zərbələr nəyin ismarıcıdır?

reklam

“Tehran Moskvanın təxribatından qəzəblidir” - ABŞ konsulluğuna endirilən zərbələr nəyin ismarıcıdır?


Məlum olduğu kimi, İran İsrail kəşfiyyatının təlim mərkəzinin yerləşdiyi ABŞ-ın İraqdakı Baş Konsulluğuna raket zərbələri endirib. Ekspert dairələrində belə bir fikir var ki, bu hadisə Moskvanın iştirakı olmadan mümkün deyil. Yəni Kreml diqqəti Ukraynaya qarşı təcavüzündən yayındırmaq istəyir və müxtəlif regionlarda başqa kəskin gərginlik ocaqları yaratmaqda, ümumi vəziyyəti xaotikləşdirməkdə maraqlıdır. Hətta, bunu Üçüncü Dünya müharibəsinə başlamaq cəhdi hesab edənlər də var.

Bundan əlavə, İraq Kürdüstanındakı bu vəziyyət Moskva üçün çox faydalıdır. Axı, son həftələr İrana qarşı sanksiyaların tezliklə ləğvi və onun Avropanın əsas neft və qaz tədarükçüsünə çevriləcəyindən - Rusiyanı əvəzləyəcəyindən danışılır.

İndi sual yaranır: Moskva Tehranı belə bir addıma təhrik etməyi necə bacarıb? Axı iranlılar da başa düşürlər ki, bu, onların çoxdan gözlədikləri bütün perspektivlərini zərbə altında qoyur. Bəlkə, bu hadisə İran rəhbərliyindəki qruplaşmalar arasında gedən mübarizə və ziddiyyətlər nəticəsində mümkün olub, yəni hakim dairələrdə tam konsensus olmadan baş verib? Məlumata görə, AYNA-nın suallarını bölgə üzrə tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:

“Bazar günü səhər İrandan ABŞ-ın İraqın şimalında, Ərbildəki yeni konsulluğuna doğru 12 ballistik raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məsuliyyəti öz üzərinə götürərək, bunun keçən həftə İsrailin hücumu zamanı Suriyada iki SEPAH zabitinin öldürülməsinə görə qisas olduğunu açıqlayıb. İranın dövlət televiziyası raketlərin “Ərbildəki Mossad bazalarına” atıldığı barədə məlumat yayıb.

İndi belə sual yaranır: əgər ABŞ Putinin Ukraynanı darmadağın etməsinə reaksiya vermirsə, İraqın şimalında heç kimin ölməməsi və “yalnız” iki nəfərin yüngül yaralanması ilə nəticələnən hücuma cavab vermək şansı nə qədərdir?

İran son 11 aydır müzakirə edilən nüvə sazişinin imzalanmalı olduğu vaxt bu hadisənin baş verməsindən qəzəblənib və məyus olub. Martın 5-də Rusiyanın xarici işlər naziri gözlənilmədən Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Moskvaya tətbiq edilən sanksiyaların Rusiyanın İranla ticarətinə təsir etməyəcəyinə dair geniş təminat tələb etdi. Öz növbəsində bu tələbi Qərb dövlətləri qəbuledilməz adlandırdı və Vaşinqton birmənalı olaraq bununla razılaşmayacağını bildirdi.

Nüvə razılaşmanın imzalanması sanksiyaların ləğvi ilə nəticələnə bilər və Tehrana on milyardlarla dollarlıq gözlənilməz mənfəət təmin edə bilərdi. Nəticədə qəzəbli və məyus olmuş İran harasa - ya Amerika konsulluğu, ya da sanksiyaların ləğvi arzusu istiqamətində ballistik raketlər atır.

Ərbilə hücum ABŞ və Qərbə mesaj vermək məqsədi daşıyırdı ki, “Ukrayna sizin tək başağrınız deyil, bizi də xatırlayın. Bizi xatırlayın və yeni nüvə sazişini tamamlayın, əks halda problem yarada bilərik”. Başqa sözlə, İran Rusiyanın təxribatından sonra özünün sınanmış iş üsuluna qayıdır: hər şey uğursuzluğa düçar olanda xaos səpmək lazımdır.

İroniya ondadır ki, müqaviləni pozan və ABŞ-dan zəmanət tələb edən Rusiyadır. ABŞ-ın onları mütləq verməyəcəyi məlum olan zəmanətlər istənilir. İranlılar bu sazişi həqiqətən istəyirlər, ABŞ da onu imzalamaq istəyir. Amma indi Rusiyanın Ukraynanın işğalı nəticəsində yaranan tələbləri prosesi dayandırıb.

Rusiyanın müqavilənin imzalanmasını pozmasına İran başqa necə reaksiya verəcək? Düşünürəm ki, Tehranda Moskvanın təxribatından hiddətləniblər, lakin özlərini ölü küncə sıxışdırıblar. Hələlik İsraili bəhanə edərək, ABŞ-a qarşı faəliyyət göstərmək onlar üçün adi haldır”.

Ukrayna Gələcək İnstitutunun analitiki İliya Kusa:

“Mən hesab edirəm ki, İranın İraq ərazisinə endirdiyi zərbələrlə Rusiyanın heç bir əlaqəsi olmayıb. İranın İraq Kürdüstanında ABŞ obyektlərini vurmasının səbəbləri başqa mövzularla bağlıdır: İsraillə İranın regionda qarşıdurması, İranın Vyanada danışıqların ləng getməsindən narazılığı, İranın Bağdaddakı koalisiya danışıqlarından narazılığı.

Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmək İrana sərfəli deyil, çünki bu, heç bir fayda gətirmir, yalnız risklər, xüsusən də sanksiyalar gətirir. Ümumiyyətlə, İranı və Rusiya Federasiyasını müttəfiq adlandırmaq çətindir, onlar situativ tərəfdaşlardır, lakin eyni zamanda Yaxın Şərqdə, o cümlədən Suriyada nüfuz uğrunda yarışırlar”.




Paylaş:


Müəllif : Tarix:
17-03-2022, 09:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər