Paşinyanın ağ bayraq qaldırmasına sayılı günlər qaldı

Qarabağ müharibəsində ağır itkilər verən və bütün cəhdlərinə baxmayaraq, beynəlxalq aləmin dəstəyini qazana bilməyən işğalçı Ermənistanın terrorçu rəhbərliyi ağ bayraq qaldırmaq üzrədir. Baş nazir Nikol Paşinyanın bu gün sərgilədiyi mövqe belə qənaətə gəlməyə əsas yardır.
“Azərbaycan həmişə daha çox istəyib. Erməni xalqı kompromisslərə hazırdırmı? Düşünürəm ki, bəli, erməni xalqı hətta ağrılı kompromislərə hazırdır”.
Erməni mediası yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan özünün feysbukdakı birbaşa çıxışında deyib. Paşinyan iddia edib ki, erməni xalqı heç vaxt təslimçiliyi qəbul etməyəcək. Erməni baş nazir qeyd edib ki, resurslar əldə edib öz maraqlarımızı qorumalıyıq. N.Paşinyanın sözlərinə görə, onun ölkəsi elə situasiya yaratmalıdır ki, Azərbaycanın tələbi təslim olmaq yox, kompromis olsun.
Açıq-aydın görünür ki, N.Paşinyan özünü sığortalamaq üçün xalqını təslimçiliyə hazırlayır. Dünənə qədər “Qarabağ Ermənistandır”, deyə, sərsəmləyən Paşinyan Azərbaycan Prezidentinin sərt xəbərdarlıqlarından sonra nəinki bu ifadəni dilə gətirmir, hətta “ağrılı güzəştlər”ə getməyə hazır olduğunu bəyan edir. Hansı ki, ətraf 7 rayon daxil Dağlıq Qarabağın Ermənistana birləşdirildiyi barədə sayıqlamalar söyləyən də bu idi. /Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:27-10-2020, 08:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-10-2020, 08:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58
8-09-2025, 13:56
8-09-2025, 09:46

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb