“Ramiz Mehdiyev əvvəl bu suala cavab versin, görək...” - Akademikin son şantajına REAKSİYALAR

Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasınnın (AMEA) prezidenti, nəvəsinin avqustun 18-də baş tutan toyundan sonra hələ də diqqət mərkəzində olan Ramiz Mehdiyev ünvanına səslənən ittihamları cavabsız buraxmamaqla, “təslim olmaq” niyyətində olmadığını göstərir.
Mehdiyev son olaraq, “Təzadlar”a verdiyi açıqlamada ona qarşı “nankorluq” etmiş şəxsləri hədəfə alaraq, yenə də meydan oxuyub. Bununla kifayətlənməyən Mehdiyev öz tənqidçilərini açıq-aşkar şantaj etməkdən də çəkinməyib: “Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”.
Göründüyü kimi, akademik sadəcə, onu müxtəlif ittihamlarla küncə sıxanları şantaj etməklə kifayətlənmir, həm də ölkədə vəziyyəti qarışdıra biləcəyinə işarə vurur.
Ramiz Mehdiyevin ötən yazılarından birində adını çəkdiyi və məhkəmə ilə hədələdiyi şəxslər sırasında olan politoloq Eldar Namazov Yenicag.az-a açıqlamasında bildirib ki, akademikin son mesajı vaxtilə onun himayə etdiyi, bu gün isə “qatı tənqidçi”lərinə çevrilən fiqurlara ünvanlanıb:
“Öncə onu deyim ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə onu sərt tənqid edən xeyli insan olub. Onların arasında Fəzail Ağamalı, Alqış Musayev və digərlərini qeyd edə bilərəm.
Eyni zamanda, bu gün Ramiz Mehdiyevi tənqid edənlərin arasında onun vaxtilə himayə etdiyi, irəli çəkdiyi şəxslər də çoxdur. Açığı, cəmiyyət də o adamların indi Mehdiyevi tənqid etmələrinə birmənalı yanaşmır, onların səmimiliyimnə inanmır. Mehdiyev də son açıqlamasında məhz onları “nankorluq”da suçlayır.
Bununla belə, Ramiz Mehdiyevin özü bu suala cavab verməlidir: Necə oldu ki, o, bir vaxtlar mərhum Heydər Əliyevə qarşı nankorluq etmiş riyakarları himayəsinə götürərək, onları müxtəlif vəzifələrə irəli çəkdi, “reabilitasiya” olunmalarına şərait yaratdı? Məncə, Mehdiyev o şəxsləri nankorluqda suçlamazdan əvvəl bu suala cavab verməlidir”.
AMEA prezidentinin son açıqlamasını Yenicag.az-a dəyərləndirən politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ramiz Mehdiyev indi kimlərisə qınamaq əvəzinə, onun olduğu bildirilən sərvəti necə topladığına aydınlıq gətirməlidir:
“Mən politoloqam, özümə də maraqlıdır, görüm, onun əlində mənim haqqımda nə kimi məlumat var. Uzun illər jurnalistika sahəsində çalışmışam, 2005-ci ildə Araşdırma Mərkəzi qurmuşam, o da heç indiyə qədər rəsmi qeydiyyata alınmayıb.
Bu müddət ərizndə kimdənsə maliyyə dəstəyi, həmçinin nə xarici, nə də daxili donorlardan qrant almamışam. Mehdiyev bildiklərini açıb desin, biz də onun haqqında olan məlumatları çıxaraq ortaya. Məncə, Mehdiyev onun olduğu bildirilən mülklərin, torpaq sahələrinin hesabatını versə, daha yaxşı olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2020, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2020, 16:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT