Yanğın “Sədərək”dən nə zaman əl çəkəcək? - PROBLEM

Fevralın 18-də paytaxtın ən böyük ticarət mərkəzi olan "Sədərək"də yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, səhər saatlarında başlayan yanğın saat 09:05 radələrində söndürülüb. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə xidməti, Mülki Müdafiə qüvvələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və iki helikopter cəlb olunub.
FHN bildirir ki, yanğının səbəbləri hələ müəyyən edilməyib. Ticarət mərkəzi işçilərinin verdikləri məlumata görə isə, hadisəyə qısaqapanma səbəb olub. Yanğın səkkizinci sıradakı dükanları əhatə edib. Yanğında 60 mağaza tamamilə yanıb.
“Sədərək”də müşahidə aparan AYNA əməkdaşı öyrənib ki, ticarət mərkəzinin öz yanğınsöndürmə briqadası var. "Yanğın baş verdikdə biz Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə dərhal söndürməyə başladıq", – deyə xilasetmə qrupunun üzvləri məlumat veriblər.
Ancaq yanğın zamanı malları yanan sahibkarlar hadisə baş verən gün iddia edirdilər ki, yanğınsöndürənlərin dükanlar yandıqdan sonra gəlib çıxıblar.
“Sədərək” ticarət mərkəzinin rəhbərliyindən əldə etdiyimiz məlumata görə, bütün mağazalarda yanğınsöndürənlər mövcuddur: "Bundan əlavə, alış-veriş mərkəzində alov hidrantları (yanğını söndürmək üçün su buraxan cihaz - red.) mövcuddur”.
Həqiqətən də müxbirimizin əmin olduğu kimi, ticarət mərkəzinin mağazalarında yanğınsöndürənlər var idi. Yanğın hidrantları ticarət mərkəzinin hər bir ərazisində yerləşdirilib. Lakin, sahibkarların sözlərinə, yanğın baş verən zaman bir çox hidrantda su olmayıb.
Qeyd edək ki, “Sədərək” ticarət mərkəzində yanğınlar adi hala çevrilib. Sonuncu dəfə 28 Mart 2019-cu ildə də analoji hadisə baş vermişdi. O zaman reportaj edərkən şahidi olmuşduq ki, ticarət mərkəzinin ərazisində yerləşən heç bir mağazada yanğınsöndürən maşınlar yoxdur.
İndi isə həm yanğınsöndürən maşınlar, həm də öz yanğınsöndürmə briqadaları var. Qalır hidrantların su ilə doldurulması... //ayna.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:21-02-2020, 17:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-02-2020, 17:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…