Balaəli qəza törətdi: “...zənglərə cavab vermir”
Tanınmış meyxanaçı Balaəli Maştağalı avtomobil qəzası keçirib. İddia olunur ki, günah özündə olsa da, qarşı tərəfin zərərini ödəməyib.
RegionXəbərləricom.az Musavat.com-a istinadən xəbər verir ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində, “Gənclik” istiqamətindəki işıqforun qarşısında dayanmış "Toyota" markalı avtomobilə arxadan güclü zərbə dəyib. Zərərçəkmiş bildirib ki, hadisə nəticəsində avtomobilinin arxa hissəsi – iki stop işığı, bufer və baqaj qapağı hissəsi ciddi şəkildə zədələnib.
Zərərçəkmişin sözlərinə görə, sürdüyü avtomobilə çırpılan nəqliyyat vasitəsi “Mercedes Benz G-Class” markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın olub. Sürücünün isə tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır) olduğunu görüb.
“Mənə dedi ki, məsələni sığorta vasitəsilə deyil, şəxsi hesabına həll edəcək. Avtomobildə körpə uşağım da olduğuna görə, mübahisəyə getmədim, razılaşdım. Düşündüm ki, kişi sözüdür, etibar etmək olar. Avtomobil təmirə getdi, amma keyfiyyətsiz şəkildə bərpa olundu. Bufer hələ də tam düzəlməyib, baqaj hissəsində isə qabarıqlıqlar qalıb”, – zərərçəkmiş deyib.
O əlavə edib ki, ilkin razılaşmaya əsasən, zədələnmiş stop işıqlarını özü tapıb almalı, Balaəli isə həmin hissələrin dəyərini ödəməli idi. Lakin üç aydan çox vaxt keçməsinə baxmayaraq, yalnız 200 manat ödənilib, qalan məbləğ isə ödənilməyib: “Mənim bildiyimə görə, avtomobilin boya və təmir işlərini həyata keçirən ustalara da ödəniş olunmayıb, buna görə də iş yarımçıq qalıb. Nə özü, nə də köməkçisi artıq zənglərə cavab vermir”.
Zərərçəkmiş hadisədən nəticə çıxararaq bildirib ki, “Şəxsin məşhurluğundan asılı olmayaraq, belə hallarda sığorta şirkəti ilə rəsmiləşdirmə aparmaq vacibdir. Əks halda, sonradan hüququn bərpası çətinləşə bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-04-2025, 20:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…