Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

"Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmenlə bağlı saytımıza maraqlı məlumat yayılıb.
TEREF xəbər verir ki, 32gun.az-ın redaksiyasına daxil olan məlumata görə, sözügedən ASC-nin vəzifəli şəxsi vaxtı ilə (2017) Türkiyədə “Xeyr” (“Hayır”) kampaniyasını dəstəkləyənlərdən olub.
Bununla bağlı qısa bir araşdırma aparmaq qərarına gəldik. Emir Türkmenin sosial şəbəkədəki paylaşımları bəhsi keçən iddianı demək olar ki, təsdiqləyir.
Belə ki, 2017-ci ildə Ərdoğanın qərarına qarşı olanlar "Xeyr" (“Hayır”) kampaniyasına qoşularaq sosial şəbəkədəki hesablarında da "Xeyr" (“Hayır”) sözü yazılmış paylaşımlar edirdi. Elə həmin paylşımlara Emir Türkmen də qoşulub. O "facebook" hesabında profil fotosunu “Hayır” yazısı olan şəkillə dəyişibmiş.
Bunda əlavə 2019-ci ildə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilən seçkilərdə əsas namizədlər biri olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna dəstək olub. Seçki nəticələri qəbul edilməyən İmamoğlunun “Hər şey çox gözəl olacaq” şüarını "hashtag"la paylaşıb və öz dəstəyini açıq-aşkar nümayiş etdirib.
Qeyd: Türkiyədə keçirilən referendumlarda "Hayır" kampaniyaları müxtəlif konstitusiya dəyişikliklərinə qarşı aparılan siyasi təbliğat formasıdır. Xüsusilə 2017-ci il referendumunda prezidentlik sisteminə keçidə qarşı çıxan müxalif qüvvələr "Hayır" kampaniyası təşkil etmişdi.
Ərdoğana qarşı müxalifət isə əsasən CHP, İYİ Partiya və digər siyasi qurumlardan ibarətdir. 2023-cü il prezident seçkilərində Kamal Kılıçdaroğlu əsas rəqib kimi çıxış etmişdi. Bundan əlavə, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu da müxalifət düşərgəsində önəmli fiqurlardan biridir.

Paylaş:
Müəllif : Fuad
Tarix:27-02-2025, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC