Fatmayıda torpaq qalmaqalı: bələdiyyə sədri nə edib? – ŞİKAYƏT

Abşeron rayonunun Fatmayı kənd bələdiyyəsinin sədri Nəsir Nəsirli ilə bağlı redaksiyamızın elektron poçtuna maraqlı məlumat daxil olub.
Nazim Əliyev adlı kənd sakininin məktubunda bələdiyyə sədrinin Fatmayı kəndində yol çəkilişi ilə əlaqədar plana düşən ərazilər haqqında öncədən səhih məlumat əldə etməsindən və həmin ərazilərdə yaxın qohumlarının adına onlarla ev tikərək dövlətdən kompensasiya kimi milyonlarla manat məbləğində vəsait almasından bəhs olunur.
Mənbə bildirir ki, Nəsir Nəsirli “milyonluq layihəsini” uğurla başa çatdırsa da, bələdiyyə sədri qısa müddət sonra şübhə altına düşüb. “Fatmayıda bunca ərazi ola-ola son bir ildə onlarla evin niyə məhz plana düşən ərazidə tikildiyi əlaqədar qurumlarda sual yaradıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, Nəsir Nəsirli kənd ərazisindən keçəcək strateji magistralı ailə büdcəsini böyütmək üçün fürsət kimi dəyərləndirib. Əldə etdiyi informasiyanı bir ilin içində milyonlarla manat vəsaitə çevirən bələdiyyə sədri, bununla bütün çevrəsinə “gün ağlayıb”.
Məktubun sahibi qeyd edir ki, bu hadisədən sonra Nəsir Nəsirli hüquq-mühafizə orqanları tərəfindən çağırılıb və dindirilib. Lakin onun barəsində hər hansı hüquqi addım atılmayıb. “İşin ən maraqlı tərəflərindən biri isə odur ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblənən Nəsir Nəsirlinin Abşeron Rayon İcra Hakimiyyətindəki bəzi məmurlar tərəfindən açıq şəkildə dəstəklənməsidir. Bu məmurlardan bəzisi Nəsir Nəsirlinin “milyonluq layihəsi”ndə yaxından iştirak edib”.
Nazim Əliyev bildirib ki, yaxın günlərdə həmin məmurların adını açıqlayacaq.
Yazıda adı keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq./Tribunainfo.az/
Paylaş:
Müəllif : Fuad
Tarix:29-10-2024, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT