“Şirkətin borcuna görə hər gün işığımız kəsilir”

“Uzun müddətdir, bu problem var idi. Lakin son bir həftədə davamlı olaraq işıqlarımız sönür. Hər gün saat 10-dan 5-ə qədər işıqlarımız kəsilir”.
Bu şikayətlə Xırdalan şəhəri AAAF Park yaşayış massivi, Olimp Kompleks 26-cı məhəllənin bir qrup sakini müraciət edib.
Sakinlərin sözlərinə görə, işıqların sönməsinə səbəb AAAF Park yaşayış kompleksinin “Azərişıq” ASC-yə olan borcudur: “Şirkətin “Azərişığ”a 200 000 manat borcu var. Buna görə də hər gün gəlib bizim işıqları söndürürlər. Bu da bizim bütün işlərimizə mane olur. Soyuducuya nəsə alıb qoya bilmirik, xarab olur. Heç bir iş edə bilmirik. Kimsə pul yeyib deyə biz əziyyət çəkirik. Digər binalarda da bu hal baş verir. Lakin ən çox bizim binada işıq sönməsi olur. Bizim bina “Azərişığ”a təhvil verilməyib. Hər ay komendanta işıqpulumuzu ödəyirik. Artıq 2013-dən bəri belədir. Məhkəmə də qərar çıxarıb ki, AAAF borcu ödəsin. Şirkət “Azərişıq”la danışıqlar aparır ki, aylıq 2000 manat ödəniş etsinlər”.
İddialarla bağlı AAAF Park yaşayış kompleksi ilə əlaqə saxladıq. Şirkətin hüquqşünası Emin Səlimov bildirdi ki, məsələ ilə bağlı heç bir məlumatı yoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2024, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…