Vasif Talıbovun adını Naxçıvan xanı qoymuşdular. İndi xan yoxdur. Yerindəkilər ondan geri qalmır.

Hər gün pisliyə yozulan xəbərlər eşidirik. Son günlər Vüsal Məmmədov adlı məmur media səhifələrini "bəzəyib".
Vüsal Məmmədov Naxçıvanda Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) rəhbəridir. Vəzifəsini maşınına bahalı nömrə (75 BC 075) almaqla "yuyub". Vüsal Məmmədov "xan dövrü"nü də görüb.
Vaxtilə Naxçıvan MR Gənclər və İdman naziri Ramil Hacının köməkçisi olub. Nazirlə eyni məktəbdə oxuyublar. Sonra əyalətin Səhiyyə Nazirliyində peyda olub, aparat rəhbəri işləyib, eyni zamanda kadr məsələrini həll edib.
Həmin vəzifə ona muxtar respublikanın inzibati mərkəzində dəbdəbəli malikanə və Şahbuz rayonunun Biçənək kəndində 300-400 min manatlıq bağ evi qazandırıb.
Vüsal Məmmədovun səhiyyədə bu posta gətirilməsinə çox adam məətəl qalıb. Deyirlər bu adam Naxçıvan sığorta sistemində maxinasiyaları ilə ad çıxardıb.
Sonra qovulub. Hətta həbs olunmaq üzrə olub. Ancaq hansısa əl onu bu bəladan qurtarıb. Xan oğlu Rza Talıbovun nəzarətindəki Naxçıvan Sığorta Cəmiyyətinin sədri Tural Ələkbərovun da yanında fırıldaqçı olduğu üzə çıxıb və qovulub.
Sonra səhiyyədə özünə yer edib. Nazir Samiq Sadıxov hər addımda ona yaşıl işıq yandırıb. Çünki Vüsal Məmmədovu hələ Naxçıvanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində direktor işləyəndən tanıyır.
Məhz onun vaxtında Vüsal müəllim sığortada maxinasiyalar edirmiş. Yəqin bu "qabiliyyət"i Samiq Sadıxovu qane edir. Ona görə insan sağlamlığına cavabdeh bir quruma qeyri-ixtisaslı şəxsi, həm də maliyyə pozuntularında adı hallanan birini təyin edib.
Vüsal Məmmədov da qollarını çırmalayıb "iş"ə başlayıb. TMİB-ə götürülənlərin böyük qismi rüşvət müqabilində düzəlib .Həmçinin, səhiyyədə olan işçilərin çoxu Vüsal Məmmədovun vasitəsi ilə (aparat rəhbəri olan zaman) nələrinsə müqabilində işlə təmin olunublar.
Naxçıvan Respublika xəstəxanasının yeməkxanasını xalasının ərinə, laboratoriyanı isə xalası oğlu Nihata peşkəş edib.
İndi məlum olub ki, həmin laboratoriya "Exon Naxçıvan" adlı Türkiyə şirkətinə verilib. Vüsal Məmmədov və ətrafı laboratoriya işçilərinə müxtəlif yollarla təzyiq edib öz ərizələri ilə işdən çıxıb yeni müəssisəyə işə qəbul olunmağa məcbur edirlər.
Bütün çoxstajlı işçilərlə müddətli müqavilə bağlanır. Əməkdaşları isə ən çox bir məsələ narahat edir. Sabah bu şirkəti alan türkiyəli sahibkarlar bölgədən getsələr, işçilərin aqibəti necə olacaq?
Paylaş:
Müəllif : Fuad
Tarix:8-10-2024, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…