Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."

“Unibank”-dan dan Albalı kartı vasitəsilə 2 min manat kredit götürdüm. Onlar da mənə öncədən deməmişdilər ki, Albalı kartı vasitəsilə kredit götürəndə 30 faizlə ödəyirsən. Düşündüm ki, 100, 200 manatdır da, hər ay ödəyəcəm. Aylığa böldülər, dedilər ki, ayda 100 manat ödəyəcəksən. Mən də razılaşdım. Ümumi 2600 manat pul vermişdilər. Birinci, ikinci və üçüncü ay 100 manat ödədim. Sonra telefonuma “Unibank”-ın tətbiqini yüklədim. Hər ayın 5-də maaşdan-maaşa krediti ödəyirdim. Hər ayın sonunda da görürdüm ki, ödədiyim 100 manat yenidən 100 manat olub. Sən demə ödədiyim kredit yalnız faizə çıxıb. Zəng edib maraqlanandan sonra məlum oldu ki, onlar krediti 30 faizlə veriblər. Mənə şifahi şəkildə faizini aşağı deyiblər, sənədlərdə 30 faiz yazıblar. Məni aldadıblar”
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Taleh Qarayev deyib. O krediti ödəməkdən imtina etdiyini vurğulayıb.
“Pulum olmadığı üçün hazırda krediti ödəmirəm. 2-3 dəfə yığıb soruşublar. Mən də pulumun olmadığını əsas gətirmişəm. Nə vaxt olarsa o zaman da ödəyərəm. Borcum 2700 manatdır. Sonuncu dəfə mənə dedilər ki, 65 manat ödə, faizini silək, sonra qaldığın yerdən ödəyərsən. 65 manatı ödədim. İstəyirlər gəlib maaşımdan tutsunlar, çalışdığım yerə getsinlər.. Nə istəyirlər onu da etsinlər. İcraçı mənə zəng vurub kobud şəkildə bildirdi ki, krediti ödəyə bilməsən maaşından tutulacaq. Mən işdən çıxandan sonra kimdən alacaqsan? Mənə deyirlər ki, axır-əvvəl səndən pulu alacağıq. Mən işsiz olandan sonra pulu kimdən alacaqsan? Pulum yoxdur, oğurluq edib gətirib sənə pul verim? Mənə əvvəldən deyərdin ki, 30 faizlə verirəm, bəlkə heç kredit götürməyəcəkdim?! 10 aya 100 manatdan hesablasaq kreditin min manatı bitməli idi. Çekləri də saxlamışam. İndi min manat boşluqa gedib?! Əgər 10 ayımı hesablayırlarsa, qalan min manatı ödəməyə hazıram. Əks halda ödəməyəcəm. Çünki ödədikcə çoxalır” deyə şikayətçi bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-10-2024, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…