Abdin Fərzəliyev Xırdalanda piyadalar üçün səki saxlamadı-Fotofaktlar

Xırdalan şəhərində piyadaların hərəkəti üçün səki qalmayıb.
Bu barədə Xırdalan sakinləri məlumat verib. Onların sözlərinə görə, Xırdalanın hər yerində bütün səkilərdə ya obyekt inşa edilib, ya da avtomobil parklanması üçün ayrılıb. Piyadalar isə min bir zülmlə yol gedib gəlirlər. Sakinlərin sözlərinə görə, bu işdə məsuliyyət daşıyan Abşeron Rayon İcra Hakimiyyəti şikayətləri eşitmir. Edilən heç bir müraciətə də baxılmır.
Sakinlər bildirib ki, Xırdalan bazarının qarşısında vəziyyət lap betərdir. Piyadalar pilləkənlərin üstü ilə hərəkət edir. Tezliklə bir tədbir görülməsini tələb edən sakinlər bildirib ki, belə davam edərsə icra hakimiyyəti avtomobil yollarını da satışa çıxaracaq.
Heç təsadüfi deyil ki, Abşeron İH məhz mütəmadi olaraq torpaq zəbti, torpaq mübahisəsi səbəbindən məhkəməyə verilir. Qarşıdakı 30 gün ərzində icra hakimiyyətinin məhkəmələrdə 54 çəkişməsi var ki, onlardan da əksəriyyəti torpaq münasibətləri üzrə mübahisədir.
Həmçinin qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Abşeron ərazisində dəfələrlə icra hakimiyyəti tərəfindən satılmış torpaqlarda qanunsuz tikililərin söküntüsünü aparıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-09-2024, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…