İradə Gülməmmədovanın “Vimay-Med” klinikasında qanusuzluq

Abşeron Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İradə Gülməmmədovaya məxsus olduğu bildirilən “Vimay-Med” klinikası yüksək məbləğdə cərimələnə bilər.
Qaynarinfo-nun məlumatına görə, yoxlamalar zamanı məlum olub ki, klinika əmək qanunvericiliyini pozub. Bu baxımdan, klinka barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
“Vimay-Med” hüquqi şəxsdir. Klinika barəsindəki ittihamlar təsdiqini taparsa, 20-25 min manat məbləğində cərimlənə bilər.
“Vimad-Med” klinikası vergi qeydiyyatına “Vimay-Med” MMC kimi 22 avqust 2014-cü ildə qeydiyyata alınıb. Klinikanın direktoru Firuddin Tahirovdur.
“Vimay-Med”in İradə Gülməmmədovaya məxsus olmasına gəlincə, bu barədə yerli mediada kifayət qədər yazılıb və iddialar təkzib olunmayıb.
İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə isə icra başçısı vəzifəsində çalışıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-07-2024, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT