Ziya Məmmədovun seçki planı: Nə etmək istəyir?
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun və ailə üzvlərinin adı ətrafında yenidən müzakirələr başlayıb. Ziya Məmmədovun qardaşı Elton Məmmədovun və oğlu Anar Məmmədovun deputatlığa namizəd olacaqlarına dair iddialar onları mətbuatın gündəminə çıxarıb.
Yenisabah.az xəbər verir ki, Elton Məmmədovun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacağına dair xəbərlər artıq öz təsdiqini tapıb. Elton Məmmədov iyulun 11-də mətbuata verdiyi açıqlamasında bu iddianı təsdiq edib: "Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərimi 94 saylı dairə seçki komissiyasına təqdim etmişəm".
Onun hətta tələb olunan 450 imza yerinə 550 imza topladığı bildirilir. Sabiq deputatın topladığı imzaları iyulun 15-də, gələn həftənin 1-ci günü 94 saylı Ucar dairə seçki komissiyasına təqdim edəcəyi deyilir.
Bu gün Ziya Məmmədovun oğlu Anar Məmmədovun da deputatlığa namizəd olacağına dair xəbərlər yayılıb. Hazırda atasının “biznes imperiyası”nı idarə edən 43 yaşlı oğul Məmmədovun hansı dairədən namizəd olacağı açıqlanmasa da, onun bu məqsədlə yaxın ətrafını səfərbər etdiyi vurğulanır.
"Yeni Sabah" Ziya Məmmədov və ailə üzvlərinin personası ətrafında cərəyan edən hadisələrin mahiyyətini öyrənə bilib. Məlum olub ki, hər iki Məmmədovun deputat olacağına dair iddiaların arxasında keçmiş nazirin özü dayanır. Azərbaycanın ən varlı ailələrindən sayılan Məmmədovların deputat məvacibinə ehtiyacları olmadığı heç kimə sirr deyil. Ziya Məmmədov bu cür gözlənilməz siyasi gediş etməklə mövcud hakimiyyətin onlara münasibətini müəyyənləşdirmək istəyir. Anar Məmmədovun namizədliyini irəli sürüb-sürməyəcəyi əmisi, keçmiş deputat Elton Məmmədova münasibətdən asılı olacaq. Əgər 70 yaşlı Elton Məmmədovun deputat olmaq arzusunun qarşısına sədd çəkilməsə, Anar Məmmədov da hərəkətə keçəcək.
Qeyd edək ki, Ziya Məmmədov 13 fevral 2016-cı ildə nəqliyyat naziri vəzifəsindən azad olunandan sonra tamamilə “kölgəyə” çəkilib. Onun zamanının çoxunu ata yurdunda - Ucar rayonunun Qazıqumlaq kəndində keçirdiyi bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-07-2024, 14:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT