Üç ildən sonra veteranlıq statusu ala bildi

Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədov 3 ildən sonra müharibə veteranı statusu qazanıb.
Bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
H.Əhmədovun sözlərinə görə, bunun üçün illərlə mübarizə aparmalı olub və könüllü cəbhəyə yazılmasının 4-cü ildönümündə təsdiq cavabı alıb: “Nəhayət, mənim də veteranlıq statusum təsdiq olundu. Artıq mən də müharibə veteranıyam! 3 ildən sonra haqq, ədalət zəfər çaldı! Həyatımda qazandığım ən böyük uğurumdur. Ədalətli, vicdanlı, qorxmaz, mərhəmətli olub haqqı müdafiə edənlərin hər birinə dərindən təşəkkür edirəm.
Mən 4 il öncə məhz Tovuz döyüşlərində qəhrəman generalımız Polad Həşimov şəhid olan gün Tovuz Rayon Səfərbərlik İdarəsində könüllü əsgər kimi qeydiyyatdan keçmişdim. Veteran statusum da Tovuz döyüşlərinin ildönümü günündə, yəni 12 iyul 2024-cü il tarixində təsdiq olundu”.
Məlumat üçün bildirək ki, H. Əhmədov bu problemlə bağlı hələ 2022-ci ilin fevralında “Qafqazinfo”ya müraciət etmişdi. Onunla bərabər müharibədə Hərbi Hava Qüvvələrində xidmət edən 200-dən çox könüllü əsgərin veteran statusu ala bilməməsi ilə bağlı məqalə dərc etmişdik.
H. Əhmədov şikayətində müharibə müddətində ölkənin strateji obyektlərinin qorunmasını təmin etdiklərini, lakin xidmətlərinə görə heç bir medal belə almadıqlarını demişdi. Hərbi hissədən könüllü əsgər olmaları səbəbindən onlara müharibə veteranı statusunun düşmədiyi bildirilmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-07-2024, 14:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT