Putin geri çəkildi – Şoyqu ilə bağlı yeni göstəriş
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında təcavüzkar ölkənin başçısı Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun nüfuzunu bərpa etmək niyyətindədir.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumat yayıb.
Amerikalı analitiklərin fikrincə, Müdafiə Nazirliyini tənqid atəşinə tutan təhlükəsizlik orqanlarının rəhbərlərinin birləşdiyi radikal qrupun artan təsirini tarazlaşdırmaq üçün Putin Rusiyanın informasiya məkanında Şoyqunun nüfuzunu bərpa etməlidir.
Ekspertlərə görə, Putin səfərbərliyin başa çatdığını Şoyqu ilə görüşdə deyil, özü – təkbaşına elan edə bilərdi. Amma bunu etmədi. Bununla belə, Putin uğursuz səfərbərliyi təkbaşına başa çatdırmaq üçün Şoyquya göstəriş verməsi də mümkündür.
“Onların ictimaiyyət önündə əvvəlcədən səhnələşdirilmiş görüşü son vaxtlarda Şoyqunun mediadakı çıxışlarının artması ilə üst-üstə düşür. Məsələn, bu həftə Şoyqu türk, çinli və qərbli həmkarları ilə bir neçə telefon danışığı aparıb. Belə yüksək səviyyəli görüşlər Şoyqunu və ölkənin ali komandanlığını Rusiyanın informasiya məkanında populyar olmasına baxmayaraq, eyni rütbə və səlahiyyətə malik olmayan təhlükəsizlik qüvvələrindən fərqləndirir”, - ekspertlər bildirirlər.
Analitiklər deyirlər ki, Şoyqunun yenidən “müsbət imic”lə informasiya məkanına qayıtması tamamilə Kremlin razılığından asılıdır, çünki bu halda Putin Şoyqunun nə vaxt açıq danışacağına nəzarət edə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-10-2022, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT