Ağ Ev PKK-nı qorumaq üçün hərəkətə keçib: - Türkiyəyə qarşı plan

“Hazırkı ABŞ administrasiyası ölkənin Yaxın Şərqdəki hərbi mövcudluğunu dayandırmaq niyyətində deyil”.
Bunu ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin müavini Coi Hud bildirib. Onun sözlərinə görə, bölgədə ABŞ-ın uzunmüddətli maraqları hələ də qalmaqdadır:
“Son vaxtlar bu mövzuda çoxlu dezinformasiyalar yayıldığı üçün xüsusilə qeyd etməliyəm ki, təhlükəsizlik sahəsində əməkdaşlığımız davam edəcək. 70 ildən çoxdur ki, bölgədəki müntəzəm hərbi mövcudluğumuz saxlanılır. Və bu fundamental reallıq dəyişməyəcək. Biz dəyişən təhdidlər və şərtlərə uyğunlaşırıq. Ona görə də bizim indi regionda partnyorlarımızı daha güclü və özünü təmin etmək üçün hazırlamaq və təlimatlandırmaq üçün az sayda döyüşə hazır qoşunlarımız var”.
Eyni zamanda, o, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini təhlükəsizlik problem kimi nəyin dəqiq hesab edilməli olduğuna daha geniş nəzər salmağa çağırıb. “Dünya dəyişdikcə, bizim təhlükəsizlik anlayışımız da dəyişməlidir. Ənənəvi təhlükəsizlik təhdidləri qalacaq və biz onları tərəfdaşlarla birlikdə həll edəcəyik”,-o qeyd edib.
Görünən odur ki, qısamüddətli durğunluq dövründən sonra ABŞ yenə öz siyasətini davam etdirməyə qərar verib. Belə ki, artıq rəsmi Vaşinqton digər qitələrdə hərbi cəhətdən mövcud olmaq və başqa ölkələrdə maraqları olduğunu açıq şəkildə etiraf edir.
Maraqlıdır, rəsmi Vaşinqton bu açıqlamalar ilə nəyə nail olmağa çalışır?
Politoloq Məhəmmd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Bayden administrasiyası rəsmiləri bu tip bəyanatlar verməklə, sadəcə olaraq ABŞ-ın beynəlxalq rolunu qabartmağa çalışırlar:
“Düşünürəm ki, ABŞ-ın Yaxın Şərq üzrə siyasətinin birinci mərhələsi fiyaskoya uğradı. ABŞ ordusu Əfqanıstandan çıxdıqdan sonra artıq onların Yaxın və Orta Şərq siyasətinin birinci mərhələsi bitmiş hesab olundu. Ümumiyyətlə, son zamanlarda ABŞ-ın beynəlxalq müstəvidə dayaqlarının itirilməsinin şahidi oluruq. Ona görə də, Co Bayden administrasiyası Yaxın Şərq siyasətini yenidən aktivləşdirməyə başlayır. Xüsusilə, İranla bağlı apardığı siyasət və İŞİD barəsində verdiyi bəyanatlar bunun əyani sübutudur.
Həmçinin, Türkiyənin Suriyada PKK terror təşkilatına qarşı əməliyyat hazırlığı Amerikanı narahat edir. Çünki ABŞ Suriyadakı dayaqlarının zəifləməsini istəmir və Türkiyənin güclənməsində maraqlı deyil. Hesab edirəm ki, ABŞ bundan sonra Suriyaya, İraqa və ya Əfqanıstana hərbi müdaxilə etməyəcək. Onu da nəzərə almaq lazımdır ki, 20 il ərzində rəsmi Vaşinqtonun həyata keçirdiyi siyasət heç bir effekt vermədi. Əgər qarşıdakı zamanlarda ABŞ İran ilə qarşıdurmaya girərsə, bu, onların siyasətdə tamamilə iflasa uğramasına səbəb olacaq”.
Politoloq bildirib ki,ümumiyyətlə, rəsmi Vaşinqton bundan sonra daha çox yumşaq gücdən istifadə edərək, mövqelərini artıra bilər:
“Düşünürəm ki, ABŞ İran, İraq, Əfqanıstan və Suriya ilə münasibətlərini normallaşdırmaqla öz regional gücünü artırmaqda maraqlı olmalıdır. ABŞ Əfqanıstanda apardığı siyasəti daimi edərsə və Mərkəzi Asiya ölkələrinin birində hərbi baza yaradarsa, bu, yeni bir beynəlxalq gərginliyə yol açacaq. Bununla yanaşı, ABŞ rəhbərliyi yaxşı başa düşür ki, fiyaskoya uğramış siyasətini yenidən ortaya atmaqla heç bir müsbət nəticə əldə etməyəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-11-2021, 14:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?