reklam
Regionxeberlericom.az » Dünya » Terror təşkilatının bir əli ABŞ-ın, o biri əli İranın ətəyindədir - TƏHLİL

reklam

Terror təşkilatının bir əli ABŞ-ın, o biri əli İranın ətəyindədir - TƏHLİL

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriya-İraq sərhəd xəttində kritik nöqtə kimi qiymətləndirilən Sincara yönəlik bir əməliyyat keçirib-keçirməyəcəyi, keçirəcəksə bunu hansı şərtlərdə edə biləcəyi barədə diskussiyalar davam etdiyi bir vaxtda terror təşkilatı PKK Sincar və Mahmurdakı mövqeyini möhkəmləndirmək üçün yerli qüvvələrlə ittifaqlarını dərinləşdirir.
Söhbət PKK ilə son dövrdə bölgədə saylarını artıran İran dəstəkli “Haşdi Şabi” qrupları arasındakı yeni anlaşmalardan gedir. Deməli, əgər hər hansı bir əməliyyatın keçirilməsi planlaşdırılırsa, təhlükəsizlik qüvvlərinin işi, yükü artır.
 
PKK Sincardan çəkilmək yerinə, “dərinləşir”
BMT-nin yerli nümayəndələrinin vasitəçiliyi ilə İraq mərkəzi hökuməti və Kürd Regional Administrasiyası ilə görüşlər keçirən PKK, bir müddət öncə Sincar bölgəsi və Sincar dağlarından çəkiləcəyi haqqında vəd vermiş və bir anlaşma mətni imzalamışdıAncaq durum tam tərsinə inkişaf etdi və təşkilat bölgədə “dərinləşərək” öz fəaliyyətini davam etdirir.
Bölgədəki siyasi qaynaqlarımdan aldığım və önəm verdiyim bir məsələni paylaşmaq istəyirəm.
Ötən həftə terror təşkilatının İraq qolu olan Şenqal Müdafiə Birlikləri (ŞMB), “Haşdi Şabi”yə bağlı “Nuceba” qrupu və İran ordu zabitləri ilə Sincarda (Şenqal) bir toplantı keçirdi. Bu toplantının keçirildiyi saatlarda İranın Bağdaddakı səfiri də Türkiyənin İraq torpaqlarından çəkilməli olduğu haqqında açıqlama verdi.
Bölgədəki siyasi qaynağım bildirir ki, bu toplantıda iki silahlı qrup arasında əldə edilən anlaşmaya görə, “Haşdi Şabi” təmsilçiləri PKK-ya lazım olan silah və təchizatı verməyi, Haseke ilə Sincar arasındakı yolu PKK üçün açıq tutmağı və PKK-nın Sincardakı gücünü artırmasını qəbul etmişlər.
Livan “Hizbullah”ı ilə də təmas qurulub
Bu durum PKK-nın bölgədən çəkilmək yerinə “dərinləşməyə” və həm ABŞ-dan, həm də İrandan istifadə edərək irəliləməyə çalışdığını göstərir.
Sincarda keçirilən bu toplantıdan bir neçə gün öncə Tehranı ziyarət edən Livan “Hizbullah”ı liderlərindən olan Məhəmməd Kevserani də həmin toplantıda iştirak etmişdir. Bu, önəmli bir detaldır, çünki PKK-nın yalnız “Haşdi Şabi” qruplarından olan “Nuceba” ilə deyil, fəaliyyətini birbaşa İranın koordinasiya etdiyi “Hizbullah”la da görüşməsi, ümid edirəm ki, ABŞ-ın gözündən qaçmamışdır.
PKK-nın Sincardan çıxmayacağı və bu təşkilatla “Nuceba” güclərinin Sincarın cənubuna yerləşməsinə qərar verildiyi bildirilirBu da Bağdadla Ərbil arasında əldə edilən Sincar anlaşmasına zidd bir durumdur.
Qara və Haftanində böyük zərbələr alan terror təşkilatı PKK-nın Sincarda həm ABŞ-dan, həm də başqa güclərdən hərbi logistika dəstəyi aldığını bilirik.
İran PKK-ya nə adla silah verir?
Ötən həftə baş verənlərdən sonra İranın özünə bağlı qruplar vasitəsilə PKK-nın silahlanması və Sincarda istifadə etməsi üçün bu terror təşkilatına 107 mm-lik raketatanlar verdiyi bildirilir. Bilirik ki, bu cür raketatanlar İranın bölgəyə yolladığı tip və modellərdəndir. Daha öncə İran bu silahları bölgəyə İŞİD-lə mücadilə çərçivəsində göndərmişdi, amma indi hansı səbəblə verdiyini araşdırmaq lazımdır…
Terror təşkilatının dərin kökər salmasını hədəfləyən güclərin planları, əlbəttə ki, bununla məhdudlaşmır.
Xəbər qaynaqlarım PKK-nın Sincarla Haseke vilayəti arasını hərbi və mülki keçişlər məqsədilə istifadə edə bilməsinin önünün açılmasına yönəlik qərarın verildiyini, yolun təhlükəsizliyinin də PKK ilə “Haşdi Şabi”nin nəzarətində olacağını söyləyirlər. Sincar bölgəsi olduqca strateji əhəmiyyət kəsb edir. ABŞ, İran güclərini vura bilmək üçün bu bölgədən istifadə etməkdədir.
Mahmura əlavə milis gücləri göndərilir
Ümid edirəm ki, Vaşinqton administrasiyası, PKK-nın ABŞ və İrandan eyni zamanda necə istifadə etdiyini görür.
Bu arada onu da qeyd edim ki, daha öncə Mahmurda BMT-nin nəzarətində olmaqla bir mülki düşərgənin qurulması gündəlikdə idi. İŞİD-in Mosula girməsindən sonra başlayan mübarizə nəticəsində bu terror təşkilatının bölgədən çıxarılmasının ardınca PKK orada əlavə olaraq iki yeni düşərgə də qurmuşdu.
Bəhs etdiyimiz “Haşdi Şabi”-PKK toplantısında diqqəti cəlb edən başqa bir həmlə də Mahmurun PKK-nın əlində qalması, orada daha çox PKK-çının olması və ən çox da buradakı güclərə yardım edilməsi ilə bağlı anlaşmanın əldə edilməsidir.
Açıq görünür ki, Türkiyənin təhlükəsizlik qüvvələri, ABŞ və koalisiya güclərinin dəstəklədiyi və silahlandırdığı PKK ilə birlikdə, bu təşkilata açıq dəstək verən İranı və onun koordinasiya etdiyi qrupları da nəzərə almalıdır. Sincar məsələsi nə qədər çox uzanacaqsa, bu bölgəyə o qədər çox oyunçu yığılacaq və yük artacaqdır.


Paylaş:


Müəllif : Tarix:
5-03-2021, 22:13
Sikayət   


loading...
Загрузка...