İsrail İranın bütün strateji müdafiə potensialını məhv etdiyini açıqlayıb

Oktyabrın 26-da İsrailin hava hücumu nəticəsində İran strateji müdafiə imkanlarından tamamilə məhrum olub...
Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun “IDF Galley” radiostansiyası X sosial şəbəkəsində bildirib. Hücum İranın uzaqmənzilli ballistik raketlər arsenalına təsir etməyib.
“İranın bütün strateji müdafiə imkanları məhv edilib. Yəni, uzaqmənzilli zenit-raket komplekslərinin bütün batareyaları”, deyə mesajda qeyd edilir.
İsrail ordusunun məlumatına görə, Tehranın sərəncamında yalnız qısa mənzilli sistemlər qalıb. Radiostansiya həmçinin bildirib ki, İran yaxın iki-üç il ərzində strateji yer-hava raketlərindən istifadə imkanlarını itirib.
“IDF Galley” qeyd edib ki, açıq mənbə məlumatlarına görə, İranın 2 mindən çox uzaqmənzilli ballistik raketləri var. İsrail Hərbi Hava Qüvvələrinin reydi zamanı yalnız yeni raketlər istehsal etmək qabiliyyəti zədələnib, mövcud arsenal isə İsrailin zərbələrinin əhatə dairəsindən kənarda qalıb. Ordu radiosu həmçinin internetdə İranda pilotsuz uçan aparatların istehsalının ciddi ziyana uğraması ilə bağlı nəşrləri təkzib edib.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) İrandakı hərbi hədəflərə hücumlar elan edərək, əməliyyatı yəhudi dövlətinin 1 oktyabr hücumlarına cavabı adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusunun hücumu “dəqiq və güclü” olub və bütün məqsədlərinə nail olub.
İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, İsrail hakimiyyəti İslam Respublikası ərazisinə zərbə endirməklə səhvə yol verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-10-2024, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…