Bulvarda da velosiped yolları salınır - Foto

Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, mikromobillik vasitələri üçün infrastrukturun yaradılması istiqamətində hazırlanmış layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.
“Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlərə başlanılıb. İlkin mərhələdə Bulvar ərazisindəki yolun uzunluğu təxminən 2200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da Bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövr tamamlanacaq.
Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün Bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq”, - məlumatda qeyd olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2024, 11:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb