“Orada qoşunlarımız yox idi, indi olacaq” – Putin
“Finlandiyanın NATO-ya daxil olması onun sərhədlərində Rusiyanın qoşun və dağıdıcı sistemlərinin meydana çıxmasına gətirib çıxaracaq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti” üçün jurnalist Dmitri Kiselyova müsahibəsində bildirib.
“Orada bizim qoşunlarımız yox idi, amma indi olacaq. Orada dağıdıcı sistemlər yox idi, amma indi olacaq”, - Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, neytrallıq İsveç və Finlandiyaya NATO-ya daxil olmaqdan daha çox üstünlük verib.
O, Rusiya ilə Finlandiyanın əvvəllər ideal münasibətlərə malik olduğunu vurğulayıb.
“İki ölkənin bir-birlərinə qarşı tək bir iddiası, xüsusən də ərazi iddiası yox idi”, Putin bildirib.
“Əsgərimiz belə yox idi, bütün qoşunları oradan, Rusiya-Finlandiya sərhədindən çıxarmışdıq. Niyə belə etdilər?.. Bu, öz milli maraqlarını təmin etmək baxımından tamamilə mənasız addımdır. Buna baxmayaraq, bu, onların qərarıdır. Onlar belə qərar verdilər”, - deyə Putin İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, İsveç və Finlandiya birlikdə 18 may 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. 4 aprel 2023-cü ildə Finlandiya, Martın 11-də İsveç NATO-nun tamhüquqlu üzvü olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2024, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II