Zelenski Ermənistana səfər edəcək – KİV
“Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər etməyi planlaşdırır”.
Bu barədə factor.am mənbəyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, hazırda Ukrayna prezidentinin Ermənistana səfəri üçün hazırlıq görülür, lakin səfərin tarixi təsdiq olunmayıb. Zelenskinin martda İrəvanda olacağı gözlənilir.
Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaç bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza mümkün təsiri ilə bağlı suala o, belə cavab verib:
“Əslində, indi deyiləsi çox şey var, amma hələ heç nə deyə bilmərəm, bir neçə gündən sonra xəbər eşidəcəksiniz. Mən öz tərəfimdən deyim ki, Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır. Bir neçə gündən sonra görəcəksiniz”.
Jurnalistin Zelenskinin mümkün səfərini nəzərdə tutub-tutmadığını soruşduqda Valeri Lobaç belə cavab verib:
“Yalnız onu deyə bilərəm ki, yaz Ermənistana çoxlu müsbət hadisələr gətirəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-02-2024, 23:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb