Kolleclərə boş qalan yerlər: - “Ən bahalı ixtisaslar...”

Ötən gündən etibarən kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatıb.
Orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla 12-yə qədər ixtisas üzrə boş yerlərə ərizə verən 3097 abituriyentdən 1928-i müxtəlif kolleclərə qəbul olunub.
Bu prosesdə maraq doğuran əsas məqam abituriyentlərin hansı ixtisas sahələrinə daha çox üstünlük vermələridir.
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, bu il kolleclərdə IX illikdə Bank işi, Mühasibat Uçotu ixtisaslarına maraq daha çox olub:
“XI illik bazada ən yüksək bal tibb ixtisasları üzrə formalaşıb. Eyni zamanda, xanım abituriyentlər məktəbəqədər təhsil və texnologiya müəllimliyi ixtisaslarını elektron ərizələrində daha çox qeyd ediblər. Yerli universitetlərdə isə ən bahalı ixtisaslar Bank işi, Mühasibat, Sığorta, Maliyyə, Məktəbəqədər təhsil, tibb sahəsi üzrə Müalicə işi, Mamalıq və Tibb bacısı ixtisaslarıdır”.
Bu il Azərbaycan bölməsi üzrə ayrılan plan yerlərində də artım müşahidə olunub:
“2019-cu ildə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34-də plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Bu il ümumi 12362 plan yeri ayrılıb ki, bunlardan da 9903 yer Azərbaycan, 2459 yer isə rus bölməsinə aiddir. Ötən illə müqayisədə bu il Azərbaycan bölməsi üzrə 719 plan yeri artıb, rus bölməsi üzrə isə 338 yer azalıb”.
Ekspert vurğulayıb ki, 2019-cu ildə orta ixtisas təhsili müəssisələrində (kollec) aparılan araşdırmalara görə, ölkədəki bəzi kolleclərdə təhsil haqları kifayət qədər yüksəkdir. Konkret olaraq, “Odlar Yurdu” Universitetinin kolleci Azərbaycanda təhsil haqqının yüksəkliyinə görə birinci kollecdir:
“Bu kollecdə yerli tələbələr üçün kompüter elmləri və informasiya texnologiyaları ixtisasları, Bank işi, Maliyyə, Vergi, Sığorta kimi ixtisası üzrə təhsil haqqı 1000 AZN, digər ixtisas fakültələri və qiyabi təhsil üzrə təhsil haqqı isə 950 AZN təşkil edir. Bakı Biznes və Kooperasiya kollecində kompüter elmləri, mühasibat uçotu və audit, Bank işi, maliyyə, turizm və hotelçilik ixtisasları 950 AZN, digər ixtisaslar və qiyabi təhsil ixtisasları 900 AZN-dir. Qərbi Kaspi Universitetinin kollecində isə təhsil almaq istəyənlər İnformasiya, Bank işi, Maliyyə, Sığorta və digər ixtisasları üzrə tələbələr illik 800 manat ödəməlidirlər. Avrasiya Universitetinin kollecinin Mühasibat, Maliyyə, Sığorta, Bank işi, Vergi və digər ixtisasından məzun olmaq istəyənlər illik 700 AZN ödəməlidirlər”.
Qeyd edək ki, qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2019, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2019, 14:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT