reklam
Regionxeberlericom.az » Cəmiyyət » Özünüzü xərcə salmadan soyuqdəymədən belə sağalmaq olar

reklam

Özünüzü xərcə salmadan soyuqdəymədən belə sağalmaq olar

















“Soyuqdəymə xəstəliyi zamanı bəzi tədbirlərin görülməsi həm xəstəliyin rahat keçməsinə, həm də xəstəlikdən fayda götürməyimizə səbəb olur. Bəlkə də qəribə səsləndi xəstəlikdən fayda götürmək, (ümumiyyətlə ildə bir iki dəfə temperaturun olması bədən müqavimətinin daha da artmasına səbəb olur, belə ki temperaturun artması bədənin xəstəlik törədici amillərə qarşı mübarizəyə hazır vəziyyətdə saxlamaq deməkdir) xəstəlik öskürmə zökəm əlamətləri və tempraturla özünü biruzə verir, xəstəliyin artması fonunda antibiotiklərə tələbat artır, onu nəzərinizə çatdırım ki, virus xəstəlikləri zamanı heç bir antibiotikin faydası yoxdur”.

Bunu tanınmış fitoterapevt Fizuli Hüseynov bildirib.

“Boş yerə öznüzü həm xərcə salmayın, həm də immun sisteminizi zəiflətməyin. Hər bir antibiotik bağırsaq mikroflorasındakı həm sağlam (hansı ki bizə fayda verir), həm də xəstə bakteriyaları öldürür ona görə immunitet aşağı düşür və bundan sonra gələn ikinci bir virus xəstəliklər zamanı, bədən xəstəliyi çox ağır keçirir və ağır fəsadları ola bilər. Çalışdığınız qədər antibiotiklərdən uzaq durun, bunun üçün mütləq həkiminizdən məsləhət alın. Virus xəstəlik zamanı daha çox istifadə olunan preparatlardan biri də vitamin C-dir. Xatırladım ki, apteklərdə satılan vitamin C daha çox süni üsulla alınan vitaminlərdir, artıq bütün inkişaf etmiş dövlətlər süni yolla alınmış vitamin qəbulunu azaldıblar və daha çox üstünlüyü tərkibində zəngin vitamin C qaynağı olan meyvələrə və meyvələrin şirələrinə üstünlük verirlər”, - F.Hüseynov qeyd edib.

Fitoterapevt qeyd edib ki, mandarin, portağal, balla şirinləşdirilmiş limon şirəsi kimi içkilərin içilməsi çox faydalıdır:

“Bəzən antibotikləri xəstəlik zamanı ikinci bir orqanın zədələnməməsi üçün qəbul edirlər, məsələn, xəstəlikdən sonra haymorit və ya frontit kimi halların olmaması üçün. Bu zaman propolisdən istifadə edə bilərsiniz, propolisin içində 21 təbii antibiotik vardır və süni yolla alınmış antibiotik kimi əlavə təsirləri yoxdur. Yalnız xəstə mikroorqanizmlərə təsir edir və bununla da immun sistemimizi zəiflətmir. Bu gün yayılmış xəstəliyin orqanizmə faydası isə belədir, insan orqanizmi xəstə olan zaman xarici mühit amilləri ilə mübarizəyə alışır, xəstəlik zamanı temperaturun qalxması orqanizmdə mübarizə getdiyinin əlamətidir, temperatur qalxan kimi tez aşağı salmağa çalışmayın, temperatur orqanizmi səfərbər edir yalnız temperatur çox yüksəyə qalxdığı zaman müdaxilə edin çünki yüksək temperatur bədənə zəhərli maddələrin sorulmasına səbəb olur bəzi adamlarda isə temperatur qalxan zaman qıcolmalar olur. Temperaturu aşağı salmaq üçün təbii alma sirkəsi ilə yarıbayarı durulaşmış alma sirkəsindən istifadə edə bilərsiniz. Belə ki alma sirkəsi ilə xəstənin qollarını və ayaqlarını tez-tez islada bilərsiniz. Ayaqlara sirkəli vanna edilməsidə yaxşı nəticə verir.

Xəstəlik zamanı çalışın xəstəyə bol su verəsiniz, su orqanizmdə xəstəlik törədicilərinin bədəndən xaric olmasına səbəb olur, xəstəlik zamanı tərkibində saponinlər olan bitki çaylarının içilməsi xəstəliyin qısa bir zamanda keçməsinə səbəb olur. Saponinlər hormonlara bənzər maddələrdir. Halsızlığı, yorğunluğu qısa bir vaxtda götürür orqanizmin toparlanmasına səbəb olur. Saponinlərlə zəngin bitkilərlə yanaşı, tərlədici bitkilərin verilməsi daha yaxşı nəticə əldə etməyə səbəb olur. Məsələn, saponinlərlə zəngin biyan kökü, çobanyastığı və tərlədici çökə çiçəyi, kəklikotu, çayımızın həm də dadının yaxşı olması üçün bura məkkəgülü də əlavə etsək əla olar, son tərkib belə olmalıdır:

Biyan kökü - 50 qram,

Çobanyastığı - 100 qram,

Cökə çiçəyi - 200 qram,

Kəklikotu - 100 qram,

Zəncəfil - 50 qram,

Məkkəgülü - 50 qram.

Deməli, bitkilər bir birinə qarışdırılır, qarışıqdan 3 xörək qaşığı 4 stəkan suda dəmlənilir. Gündə 3 dəfə yeməkdən əvvəl 1-2 stəkan içilir”.




Paylaş:


Müəllif : Tarix:
10-09-2023, 23:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər