Bəxtiyar Hacıyev həbsxanadan Novella Cəfəroğluya mesaj göndərdi

Bu gün ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.
B. Hacıyev iclasdan sonra vəkili Aqil Layıc vasitəsilə hüquq müdafiəçisi Novella Cəfəroğluya mesaj göndərib.
Belə ki, o, N. Cəfəroğlunu şayiə yaymaqda ittiham edib. Bu barədə vəkil sosial şəbəkə hesabında paylaşım edib: “İnsan haqlarını müdafiə eləyə bilmirsən, barı şayiə yayma. Orduya yardım kampaniyası insanlarımızın ciblərindən kəsərək verdiyi yardım hesabına maliyyələşib, Soros Fondu tərəfindən deyil. Ən həssas dönəmdə insanlarımızın həmrəylik nəticəsində ordunun yanında olmalarına kölgə salmaq sadəcə ədəbsizlikdir və sifarişli hərəkətdir...”
N.Cəfəroğlu ona yönələn ittihamlara həmin statusun şərh bölümündə cavab verib. Hüquq müdafiəçisi belə söz demədiyini, kiminsə onun adından istifadə etdiyini qeyd edib.
Məsələ ilə bağlı N. Cəfəroğlunun özü ilə də əlaqə saxladıq. O, iddialara belə cavab verdi: “Soros Fondunun pulunu Azərbaycanda çox adam alır. Məsələ onda deyil, mən heç vaxt deyə bilmərəm ki, Sorosun pulu ilə Azərbaycan əsgərlərinə köməklik edib, o absurddur. Soros ermənilərin tərəfindədir. Onun hesabatı var və orada yaza bilməzdi ki, mən Azərbaycan əsgərlərinə Sorosun pulu ilə köməklik eləyirəm. Kimsə onu yazıbsa, absurd yazıb. Yalan sözdür. Mən ayrı söz demişəm, onu bir də demək istəmirəm, amma orada Sorosun adı olmayıb”.
O, həmçinin B. Hacıyevi hüquq müdafiəçisi kimi müdafiə etdiyini əlavə edib: “O insandan xoşum gəlmir. Amma axıra qədər onu müdafiə edəcəyəm. O insana görə yox, Azərbaycana söz gəlməsin deyə. Onun məhkəməsi həqiqətən düzgün aparılmayıb. Bunu hər yerdə demişəm. Amma onu buraxmaq lazımdır. Bunun üçün hamımız bir yerdə müraciət də eləmişik. B. Hacıyevi bir dəfə şəxsən özüm həbsxanadan çıxarmışam, 30 nəfərdən xahiş eləmişəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2023, 21:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT