Alen Delonun baxıcısı aktyorun uşaqlarını zorakılıqda ittiham edib

Alen Delonun həyatında dəhşətli bir şey baş verir. Bu yaxınlarda aktyorun övladları onun baxıcısı Hiromi Rollandı ona qarşı zorakılıqda günahlandırıblar. Onlar bildiriblər ki, qadın ulduzun həssas vəziyyətindən istifadə edib və onun başqa insanlarla ünsiyyətinə mane olub.
“Le Figaro” qəzetinin məlumatına görə, Hiromi əks iddia qaldırıb.
Məlumata görə, Rolland təkcə faktlara etiraz etməyib, həm də aktyorun övladlarını zorakılıqda ittiham edib ki, bu da guya tibbi ekspertiza ilə təsdiqlənib. Qadın Alen Delonun evinə girmək istəyərkən ona qarşı güc tətbiq olunduğunu iddia edir. Lakin eyni zamanda, ulduzun ailəsi onun əraziyə daxil olmasını da qadağan edib. İndi məhkəmə bu işi həll etməlidir.
Xatırladaq ki, 2019-cu ildə Alen Delon Parisdəki Pitye-Salpetrier xəstəxanasında əməliyyat olunub. Orada üç həftə reanimasiya şöbəsində qalıb. Bundan sonra aktyorun övladları ona baxıcı tutublar. Lakin onlar səhv seçim ediblər. Vərəsələr qadının mənəvi təzyiq göstərdiyini, atalarının zəifliyindən istifadə etdiyini və yazışmalarına nəzarət etdiyini iddia edirlər.
Mənbə: peopletalk.ru
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2023, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT