reklam
Regionxeberlericom.az » Cəmiyyət » Avropa Məhkəməsi Azərbaycanı 65 min avrodan artıq cərimələdi

reklam

Avropa Məhkəməsi Azərbaycanı 65 min avrodan artıq cərimələdi


















Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayının 6-da Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə ümumilikdə 10 qərar və qərardadını elan edib.
Əksər ərizələrə baxılması tərəflərin dostca anlaşması və hökumətin təqdim etdiyi təktərəfli bəyannamə əsasında başa çatıb. Bir işdə mahiyyəti üzrə qərar verilib.
Şamil Quliyev Azərbaycana qarşı
Bu işdə mahiyyəti üzrə qərar elan edilib. İşdə ərizəçi Şamil Nəbi oğlu Quliyev Azərbaycan vətəndaşıdır, 1974-cü ildə anadan olub, Bakı şəhərində yaşayır. Məhkəmə işi ərizəçinin rəfiqəsi ilə əlaqəsini sonlandırdıqdan və onların arasında cinayət təqibi orqanlarının araşdırmasına səbəb olan mübahisədən sonra prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı idi. Ərizəçi, prokurorluqdakı işindən “müvafiq tövsiyələrə baxmayaraq”, “lazımi nəticə çıxara bilmədiyi və keçmiş sevgilisi ilə şəxsi münasibətindən qaynaqlanan problemin həlli üçün addımlar atmadığı üçün” azad edilmişdi. O, 2013-cü ildə təqdim etdiyi şikayətində iddia edrdi ki, onun işdən çıxarılması qanunsuz olub və Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun pozuntusu ilə müşayət olunub.
AİHM bu işdə ərizəçinin iddialarını əsaslı hesab edib. Qərar Konvensiyanın 8-ci maddəsinin pozuntusunun tanınmasını, hökumətin ərizəçiyə mənəvi zərər əvəzi 7 min avro təzminat ödəməsini nəzərdə tutur.
Lətifə Ağayeva və 4 Başqa ərizəçi Azərbaycana qarşı;
5 ərizənin birləşdirildiyi bu işdə ərizəçilər – Lətifə Ağayeva, Zaur Camalxanov, Elvin Ağayev, Əzim Hüseynov və Müşfiq Quliyev məhkəməyə qədər həbs edilmələrinin onların azadlıq və toxunulmazlıq hüququnu pozduğunu iddia edirdilər.
Tərəflər kommunikasiya öncəsində dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərdən L.Ağayeva və Ə.Hüseynovun hər birinə mənəvi zərər əvəzi 2300, xərc və məsrəfə görəsə hər birinə 1200 avro ödəməlidir. Z.Camalxanov, E.Ağayevə və M.Quliyevin hər birinə isə mənəvi zərər əvəzi 3000, xərc və məsrəflərə görəsə hər birinə 500 avro ödəniləcək. biləşdirilib. Ödənişlər işlərin yekun həllini təşkil edəcək.
Nazim Nəsirov və Əlağa Mirzəyev Azərbaycana qarşı;
Bu işdə hər iki ərizəçi yerli məhkəmələrin onların mülkiyyət hüququları ilə bağlı qəbul etdikləri qərarların icra edilməməsindən və ya gec icra edilməsindən şikayət etmişdilər.
Tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən hökumət, N.Nəzirova 3600, Ə.Mirəzyevə 2100 avro təzminat ödəyəcək. Ödənişlərin edilməsi və icra edilməməsindən şikayət edilmiş yerli məhkəmə qərarlarının tam icrası, ərizələrin yekun həllini təşkil edəcək.
Maşallah Hüseynov və 5 Başqa ərizəçi Azərbaycana qarşı;
Bu işdə də 7 ərizəçinin hamısı yerli məhkəmələrin onların mülkiyyət hüququları ilə bağlı qəbul etdikləri qərarların icra edilməməsindən və ya gec icra edilməsindən şikayət etmişdilər.
Məhkəmənin qərardadı hökumətin təktərəfli bəyannaməsinə söykənir. Tərəflərin dostca anlşama ilə bağlı müzakirələri uğursuz başa çatandan sonra Hökumət, AİHM-ə təktərəfli bəyannamə təqdim edib, iddia olunan pozuntuları etiraf edib. Məhkəmənin qərardadına görə, hökumət icra edilməməsindən şikayət olunan yerli məhkəmə qərarlarını tam icra etməlidir.
Hökumət mənəvi zərər və xərc, məsrəfə əvəzi olaraq, ərizəçilərdən Maşallah Hüseynov, Şükran Hüseynov, Məharət Qəhrəmanov və Yengibar Səfərovun hər birinə 3850, Yüksəl Babayevə 3250, Altay Ələsgərova 850 avro ödəməlidir.
Ərəstun Baxşəliyev Azərbaycana qarşı;
Bu məhkəmə işi ərizəçi barəsində inzibati məhkəmə prosesinin ədalətli olmaması iddiaları ilə bağlı idi. Məhkəmənin qərardadı hökumətin təktərəfli bəyannaməsinə əsasən, çıxarılıb. Tərəflərin dostca anlşama ilə bağlı müzakirələri uğursuz olndan sonra Hökumət, AİHM-ə təktərəfli bəyannamə təqdim edib, iddia olunan pozuntuları etiraf edib.
Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 800, onun vəkilinə hüquq xidmətlərinə görə 450 avro ödəyəcək.
Elçin Məmməd Azərbaycana qarşı;
Bu işdə jurnalist olan ərizəçi məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğundan şikayət etmişdi.
Kommunikasiya zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edərək, iddia olunan pozuntuları tanıyıb, ərizəçiyə mənəvi zərər əvəzi ödəməyi təklif edib.
Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərərə görə 3000, hüquqi məsrəflərə görə 500 avro ödəyəcək.
Rauf Quliyev Azərbaycana qarşı;
İşin hallarına görə, ərizəçinin ölkədən çıxışına məhkəmə qərarı ilə qadağa qoyulmuş, habelə, onun mobil telefonu qanunsuz götürülmüşdü. Ərizəçi, AİHM qarşısında hərəkət azadlığı və şəxsi həyata hörmət hüququnun pozuntusunu mübahisələndirmişdi.
Tərəflər kommunikasiya zamanı dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət səyahət qadağasını nəzərdə tutan qərarları ləğv etməli, ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquq xərclərinə görə 2000 avro ödəməlidir.
Cavidan Abdullazadə Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçiyə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağasının tətbiqi ilə bağlı idi. Ərizəçi həmçinin, səyahət qadağasının ləğvi barədə daxili məhkəmənin qərarının yerli qurumlar tərəfindən icra olunmamasından şikayət edirdi.
Bu işdə də tərəflər kommunikasiya zamanı dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət səyahət qadağasının ləğvi ilə bağlı yerli məhkəmə qərarının icrasını təmin etməli və ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquq xərclərinə görə 2000 avro ödəməlidir.
Razi Hümbətov Azərbaycana qarşı;
R.Hümbətovun işində ərizəçi məhkəməyə qədər həbs edilməsinin onun azadlıq və toxunulmazlıq hüququnu pozduğunu iddia edirdi.
Tərəflər kommunikasiya öncəsində dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2250, onun vəkilinə isə hüquqi məsrəflərə görə 1250 avro ödəməlidir. Ödəniş işin yekun həllini təşkil edəcək.
Ruhullah Novruzzadə Azərbaycana qarşı;
Bu məhkəmə işi ərizəçiyə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağasının tətbiqi ilə bağlı idi. Hərəkət azadlığı hüququnun pozulduğunu iddia edən ərizəçi kommunikasiya zamanı qarşı tərəflə anlaşıb. Anlaşmaya əsasən, ərizəçiyə qarşı səyahət qadağası ləğv edilməli, hökumət ona 4000, onun vəkilinə isə 2000 avro təzminat ödəməlidir.
 




Paylaş:


Müəllif : Tarix:
7-07-2023, 08:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər