Teylor Fətişoğlu həbs edildi

Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) həbs edilib.
Ona Xətai Rayon Məhkəməsində barəsində açılmış cinayət işi üzrə hökm oxunub. Məhkəmə T.Fətişoğlunu 3 il 6 ay müddətinə həbs cəzasına məhkum edib və məhkəmə zalındaca həbs edilib. Əvvəllər də məhkumluq həyatı yaşamış jurnalist bu dəfə cəzasını ciddi rejimli müəssisədə çəkməli olacaq.
Bildirilib ki, T.Fətişoğlu Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksəkvəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.
Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra T.Fətişoğlunun əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəinsdə istintaq aparılıb. Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4,312.1 (rüşvət verməyə təhrik etmə) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başladılıb.
Qeyd edək ki, T.Fətişoğlu keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınıb. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanıb. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinib. Azadlığa çıxdıqdan sonra T.Fətişoğlu “İdeologiya.az” saytına və “Son Xəbər” yutub kanalına rəhbərlik edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-06-2023, 17:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT