reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qəbul hansı qruplar üçün daha ağır olacaq? - "Balların döyüşü"

reklam

Qəbul hansı qruplar üçün daha ağır olacaq? - "Balların döyüşü"


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanları aprelin 2-də yekunlaşdı.

Abituriyentləri gözləyən növbəti imtahanlar isə ali təhsil müəssisələrinə qəbul imtahanlarıdır.

Məlum olduğu kimi, qəbul imtahanı 2 cəhddən ibarət olacaq. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılır.

Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər.

Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

Qeyd edək ki, pandemiya şəraitində ali məktəblərə qəbul prosesində ötən illərlə müqayisədə qəbul balının daha aşağı olduğu müşahidə edildi.

Bu il isə ali məktəblərə qəbul zamanı balların daha yüksək olacağı ilə bağlı fikirlər səslənir. Belə olduğu təqdirdə müsabiqə vəziyyəti ağırlaşacaqmı?

Məlumata görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, bu il mart ayında ali təhsil müəssisələrinə elektron ərizə qəbulu prosesi başa çatanda biz şahidi olduq ki, 100 min nəfərdən artıq abituriyent müraciət edib:

“Ancaq onların 79 min 758 nəfəri ali təhsil müəssisələrinin I, II, III, IV ixtisas qruplarına qəbul olmaq üçün elektron ərizəsini təsdiq etdi. Hətta ikinci təkrar şansda biz bu rəqəmin 80 min olacağını gözləyirik.

İxtisas qrupu üzrə həm Azərbaycan, həm də rus bölməsi üzrə müqayisə aparsaq, məsələn, bu il I qrup ixtisas qrupu daha çox abituriyent var. 26 min 112 Azərbaycan, 2 min 752 abituriyent isə rus bölməsindədir.

Ümumilikdə 28 mindən artıq abituriyent I qrup ixtisasa ərizə verib. II ixtisas qrupunu ötən illə müqayisə etdikdə 2022-ci ildə Azərbaycan bölməsi üzrə 19 min 75 abituriyent vardısa, bu il 21 min 152 abituriyent var. Eləcə də rus bölməsi üzrə 1863 abituriyent olduğu halda bu il 2119 nəfərdir.

Rəqəmlərə baxdıqda görünür ki, bu il II ixtisas qrupu üzrə artım var. Ancaq III ixtisas qrupunda elə bir ciddi fərq yoxdur. Ötən il rus bölməsində III ixtisas qupda 2072 nəfər olmuşdusa, bu il 2074 nəfərdir.

Yaxud da III qrup Azərbaycan bölməsində ötən il 19 min 640 nəfər idisə bu il 20 min 75 nəfər sənəd verib. Yəni ən ciddi artım II ixtisas qrupu üzrə olsa da abituriyentlər o qədər də narahat olmamalıdır.

Ona görə ki, bu il ali təhsil müəsssisələrinə qəbul plan yeri ötən illə müqayisədə artıb. Yəni 2022-ci ildə ali təhsil müəssisələrinin qəbul planı 50 min olduğu halda bu il qəbul planı 60 min nəfərə qədər artıb. Bu da abituriyentlər üçün yaxşı bir xəbərdir.

Eyni zamanda mart ayında keçirilən imtahanlarda çətin, problemli suallar olduğuna görə, bunları gördük və bunların özü də imtahanın nəticələrinə təsir göstərəcək. Yəni qəbul imtahanlarında plan yerlərinin artması, eləcədə də abituriyentlərin nəticələri deməyə əsas verir ki, o qədər də ballarda yüksəlmə tempi proqnozlaşdırılmır.

Ancaq mənim proqnozuma görə, əgər 2021-ci ildə 155-156 balla II ixtisas qrupunda ali məktəblərə qəbul olmaq mümkün olmuşdusa, bu il gözləntimiz 180 balın üzərində olacaq. Ancaq 200 balın üzərində bal toplayanların ali məktəblərə qəbulunda heç bir problem yoxdur. Ümumi plan yeri II ixtisas qrupunda 14 minin üzərində olacaq.

Keçid balını və 200-dən artıq balı toplayanlar qəbul ola biləcəklər. Ən riskli qrupu I və III qrupu adlandırırq. Az bal toplayan abituriyentlərin ali məktəblərə qəbul olmaq şansı ən çox I və IV ixtisas qrupundadır. Bu o demək deyil ki, digər qruplar narahat olmalıdırlar. II ixtisas qrupu ilə bağlı 170-dən aşağı bal toplayanlar narahat ola bilərlər, ancaq bu narahatlıq digərlərinə aid deyil”.




Paylaş:


Müəllif : Tarix:
8-05-2023, 15:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər