Şagirdlərə hansı qadağalar tətbiq edilə bilər? - Açıqlama + Video
Şagirdlərə bəzi qadağalar tətbiq edilə bilər. Çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqala icazə verilməyə bilər. Həmçinin, uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlmək qadağan ola bilər. Artıq layihə ictimaiyyətə müzakirə üçün təqdim olunub.
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bu barədə “Xəzər Xəbər”ə danışıb.
O bildirib ki, 2 həftə ərzində ictimai müzakirənin yekunlaşması, 2022-ci təqvim ilinin sonunadək isə qaydaların təsdiqlənməsi nəzərdə tutulub.
Qaydalarda davamiyyət və punktuallıq, dərs prosesində davranış və etik davranış, şagirdlərin xarici görünüşü, təhlükəsizliyi məsələlərilə bağlı bəndlər nəzərdə tutulub.
Sənəddə həmçinin müsbət davranan şagirdlərlə bağlı ayrıca bölmə var. Belə şagirdlərin rəğbətləndirilməsi, məktəblərdə ayrıca olaraq qiymət verilməsi ilə bağlı məsələlər öz əksini tapır.
Daha ətraflı:
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2022, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı