Yeni "20 manatlıq" tədavülə buraxıldı - FOTO
Bu gündən Azərbaycan Mərkəzi Bankı yenilənmiş 20 manatlıq əskinasları tədavülə buraxıb.
Məlumatı Mərkəzi Bank yayıb.
Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
“Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıqların mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılıb (adaptasiya edilib).
Paylaş:
Müəllif : Fuad
Tarix:11-02-2022, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“PKK” tərkibindəki “Nubar Ozanyan” qruplaşması Azərbaycana savaş elan etdi... - BU DA QAŞINIR...

Polis rəisinin atası “Xocalı” Kiçik Müəssisəsinin hesabına Bakıda nələri, necə əldə edib?

Şəhidlər anılan zaman bu xanım nəyə gülür? - Quba rayon icra başçısının müavinindən anım günü zamanı şəhidimizə sayğısızlıq - FOTOFAKT

Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib - İLGİNC İDDİALAR...

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

Şəhid ailələrindən qaz çəkilişi üçün 285 AZN tələb edən kimlərdir?..- “Azəriqaz”dan açıqlama

"Qarabağdan könüllü köç edən əhalinin arxasınca ağlamaq fikrində deyilik" - HƏQİQƏTƏN DƏ...

Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri: Azad Cəfərli bu posta hansı “xidmət”lərinə görə gətirilib?