Tədavülə yeni yubiley pul nişanları buraxıldı

Cari ildə ölkəmizdə mərkəzi bankçılığın yaranmasının 100-cü ildönümü və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.
AMB-dən verilən məlumata görə, yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31.1 qram (+ 0.1 qram), diametri isə 38.61 millimetr təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.
Mərkəzi bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Mərkəzi Bankın inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, manatın simvolu, milli naxış və ornamentlər təsvir olunub.
Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində fondun inzibati binasının təsviri, loqosu, Azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Dövlət Gerbi, aypara, eləcə də milli naxış və ornamentlər təsvir edilib.
Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-10-2019, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-10-2019, 11:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:30
Dünən, 11:21
6-09-2025, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?