"Nestle" uşaq qidasından qurd çıxdı - VİDEO
Bakıda keyfiyyətsiz uşaq qidaları ilə bağlı daha bir fakt ortaya çıxıb.
“Nestle” uşaq qidasının içərisindən qurd çıxıb.
Valideyn Sevil Adıgözəlzadə bildirib ki, həmin yeməkdən sıyıq hazırlayarkən qurdu görüb.
“Mən bir neçə dəfə belə faktla qarşılaşmışam. Adətən bu, vaxtı keçmiş qidalarda yaranır. Bu məhsulun isə vaxtı bitməyib. Güman ki, ya tarixini dəyişiblər, ya da yemək standartlara uyğun hazırlanmayıb”.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az –a açıqlamasında bildirib ki, “Nestle” firması ilə bağlı şikayətlər olur:

“Hər bir məhsul istehsal, yararlılıq müddəti keçmədən elə bir şəraitdə saxlanıla bilər ki, o artıq təhlükəli mala çevrilər. Uşaq qidaları istehlakçıdan, istehsalçının masasına qədər nəzarətdə olmalıdır. Yəni harada, necə saxlanılır, gətirmə şərtləri nədir və s. bilinməlidir.
Görünür, həmin qida çox pis şəraitdə saxlanılıb. “Nestle”nin mallarından şikayətlər olur. Məsələn, iki il öncə ofisimizə “Nestle”nin kofesini gətirdilər. Amma məlum olmuşdu ki, həmin məhsul kofe yox, tamamilə suxari qırıntılarıdır. Şirkətə məktub yazsaq da, heç bir cavab verilmədi. “Nestle” dünyanın böyük şirkəti olsa da istehlakçıları saymır.
İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanuna görə bu cür məsələlərdə birbaşa cavabdeh şəxs satıcıdır. İstehlakçı belə hallarla qarşılaşdığı zaman “1003” qaynar xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir”.
Qeyd edək ki, "Nestle" məhsullarını Azərbaycana Veysəloğlu şirkəti gətirir.(Bakupost)
Paylaş:
Müəllif : Fuad
Tarix:2-02-2022, 13:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…