Uşaqlar arasında yayılan KOKSAKİ: Ələmətləri və təhlükələri...
Son günlər ölkəmizdə uşaqlarda səpkilərlə müşahidə olunan "Koksaki" virusunun yayılması artıb. Bununla bağlı narahatlıqlara valideynlərin sosial şəbəkə paylaşımlarında, müraciətlərində rast gəlmək olur.
“Koksaki” virusunun əsas əlamətləri nələrdir?
Məsələ ilə bağlı Lent.a-a açıqlama verən Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi pediatr Erkin Rəhimov bildirib ki, “Koksaki” virusu daha çox payız aylarında yayılır:
”Bu virus hava-damla yolu ilə keçir. Mövsümi xarakter daşıyır, yoluxucudur və daha çox payız aylarında rast gəlinən bir xəstəlikdir. Amma "Koksaki" virusunun fərqli növləri də var ki, onların bəziləri yay fəslində də yayılır. El arasında bu virusa əl, ağız, ayaq xəstəliyi də deyilir.
Əldə, ovucda, ayaqlarda, dabanlarda, ağız içində qaşıntı verməyən, amma ağrılı olan qızartılı suluğa bənzəyən səpkilər, qızdırma, halsızlıq, olur.
Uşaqların çoxu bunu uşaqlıqda keçirdikləri üçün insanlar böyüyəndə bu virusa yoluxmurlar. Əgər böyük insanlar bu virusa ilk dəfə yoluxsalar, çox ağır keçirdirlər”.
Bəs "Koksaki" virusu hansı hallarda təhlükəlidir?
Pediatr Elşən Tağıyev bildirir ki, bu uşaqlar virusa yoluxma dövrünü xoş keçirsələr də, bəzi hallarda ciddi ağırlaşmalar da ola bilər:
“Koksaki” virusu enteravirus qrupuna mənsubdur. Bu virus tərəfindən törədilən xəstəliklər əl ayaq, ağız və herpangen xəstəlikləri adlanır. Əl, ayaq, ağız xəstəlikləri zamanı yüksək temperaturun (39-40dərəcə) olması xarakteridir. Herpangen zamanı isə ağızda əsnəkdə, boğaz hissədə, damaqda səpkilər olur.
Bu virusa yoluxan uşaqlar ağızdakı yaralar səbəbindən qida və maye qəbulundan imtina edirlər. Virusu uşaqlar ağır keçirtsələr də, bir neçə gün ərzində sağalır”.
Pediatrın sözlərinə görə, "Koksaki" virusunun yaratdığı ağırlaşmalar çox ciddi problemlər yaradır:
“Qeyd etmək istəyirəm ki, “Koksaki” virusunun çox ciddi ağırlaşmaları da mümkündür. Bu ağırlaşmalar beyin (ensefalit), ürək əzələlərinin iltihabı (miokardit) xəstəliklərini törədə bilir. Hər iki xəstəlik çox ciddi xəstəlik hesab olunur. Xüsusəndə ürək əzələlərinin iltihabı zamanı ölüm halları daha çox olur. Elə beyin iltihabında da ciddi ağırlaşmalar müşahidə oluna bilər.
Bütün bu hallara baxmayaraq isə, “Koksaki” xəstəliyi xoş gedişə malik, öz-özünə sağalan bir xəstəlikdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-11-2021, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə