Ramiz Əzizbəylinin məzar daşı niyə qoyulmur? - AÇIQLAMA

Xalq artisti Ramiz Əzizbəylinin dünyasını dəyişməsindən 5 ay ötür. Amma nədənsə aktyorun məzar daşı hələ də qoyulmayıb.
Moderator.az xalq artistinin müğənni qohumu Nurlan Əzizbəyli ilə əlaqə saxlayıb.
Sənətçi saytımıza açıqlamasında bildirib ki, məzar daşı hələ tam hazır deyil.
“Məncə məzar daşının qoyulması gecikməyib. Əslində məzar daşı il mərasiminə qədər qoyulmalıdır. Bizdə adət ən-ənə belədir. Belə görmüşük hər zaman. Sifariş olunub, ailəsi hazırlatdırır. Yaxın günlərdə yəqin ki, məzar daşı ilə bağlı hazırlıqlar bitər və sənətkarın məzar daşı qoyular” deyə müğənni bildirib.
O daha sonra əmisini xoş xatirələrdə axtardığını deyib.
“Ümumiyyətlə Ramiz müəllim elə bir insan idi ki, onunla hər görüşümüz gülüş yaradırdı. O aramızdan gedəndən sonra demək olar ki, üzümüz gülmür. Azərbaycan xalqı böyük sənətkarını, biz isə başımızın tacını itirdik. Onun yoxluğu ilə barışmaq çox çətindir, mən indi də onlara gedəndə gözüm əmimi axtarır. Elə bilirəm ki, harasa gedib və geri dönəcək. Təsəlli yerimiz yoxdur! Onun ağıllı söhbətləri, müdrik kəlamları, düzgün yol göstərməyi üçün hədsiz dərəcədə darıxırıq. Onu xatırlayanda göz yaşlarımı özümdən biixtiyar tuta bilmirəm. Əbədiyyətə çevrilən sənətkar ömrü heyf ki, bura qədərmiş. Çox heyf” deyə müğənni bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2021, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-10-2021, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…