ASGA "İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI” – adlı sənədli filmi təqdim etdi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gətirdiyi "İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI” – adlı sənədli filmi geniş ictimaiyyətə təqdim edib.
Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov deyib. Onun sözlərinə görə"İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI – sənədli film”layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib: "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq biz son 3 ildə Gənclər Fondunun dəstəi ilə 3 film ərsəyə gətirmişik.Filmlərin hər biri Qarabağa həsr olunmuşdu. Bundan öncə bizMingəçevirdən olan,aprel döyüşlərində şəhid olmuş tankkomandiri Rahim Tağıyevə film çəkmişdik. Bu dəfə isə II Vətən müharibəsində şəhid olmuş 2 qardaşa film həsr edəcəyik. Mingəçevir şəhərindən olan şəhid qardaşlar bir gün fərqi ilə ön cəbhədə savaşaraq şəhidlik zirvəsinə ucalıblar. Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğlu düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv ediblər. Yaralı olmalarına baxmayaraq, döyüşə davam ediblər və son nəfəslərinə qədər düşmənə qan uddurublar”
S.Abbasov qeyd edib ki, filmdə şəhid qardaşlarının ən yaxın qohumlarınin, eyni zamanada, Qarabağ Qazisinin müsahibələri yer alıb: "Biz filmdə şəhidin anasını, yaxın qohumlarını, dostlarını, Qarabağ Qazisini, müəllimlərini danışdırmışıq. Şəhid qardaşların anası Sevinc xanımın 1 istəyir var: Övladlarının adı "Əli-İslam” formasında 20 və ya 18 Saylı məktəbə verilsin. Ümid edirəm, aidiyyatı qurumlar ürəyi parçalanan ananın bu istəyini reallığa çevirməyi bacaracaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Göstərdikləri dəstəkdən dolayı Gənclər Fonduna təşəkkür edir və hər kəsi filmi izləməyə dəvət edirəm”
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2021, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2021, 12:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58
8-09-2025, 13:56
8-09-2025, 09:46

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb