Fermerlərin alacağı subsidiyanın miqdarı əkin növündən asılı olacaq
"Subsidiyaların elektron hökumət üzərindən verilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Bu, aqrar xidmətlərin elektronlaşdırılması prosesində son dərəcə mühüm bir mərhələdir. Fermerlərin gələn il alacağı subsidiyanın miqdarı bəyan edilən əkin növündən asılı olacaq".
Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Saatlıda rayon ictimaiyyətinin nümayəndələri və fermerlərlə görüşdə deyib.
Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası əkin, məhsul və toxum subsidiyası üzrə əmsalları artıq açıqlayıb: "Əmsallar bitki növlərinə görə fərqlənir, buna görə də fermerin nə əkdiyini EKTİS-də bəyan etməsi vacib sayılır. Fermerlər artıq subsidiya almaq üçün sənəd toplamalı olmayacaqlar, subsidiya almaq üçün EKTİS üzərindən elektron müraciət edəcəklər. Bu, subsidiyaların verilməsində vaxt itkisini aradan qaldırmış olur. Yeni sistemin üstünlüyü ondadır ki, fermerlər EKTİS-də bir dəfə qeydiyyatdan keçir, hər il qeydiyyatdan keçməyə ehtiyac qalmır. Onlar hər il yalnız birillik, yaxud çoxillik əkmələri bəyan etməklə subsidiya almaq hüququndan yararlanacaqlar".
Görüşdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri fermerlərin EKTİS-lə bağlı çoxsaylı suallarını cavablandırıblar.
Sabah Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti Ucar, Göyçay və Ağdaş, dekabrın 5-də isə Zərdab, Ağcabədi, Bərdə və Yevlax rayonlarında EKTİS-in tətbiqi ilə bağlı məlumatlandırma işləri həyata keçirəcəklər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-12-2019, 20:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-12-2019, 20:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:56
İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar
Dünən, 11:34
İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar
Dünən, 11:22
Gürcüstan parlamentində qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsi tətbiq olundu
Dünən, 10:53
VII çağırş Azərbaycan Milli Məclisi… - Köhnələrdən kimlər qalır, kimlər gedir, yeni simalar kimlər olacaq?
Dünən, 09:07
Göyçayda iş adamı vəzifəli şəxslərlə əlbir olub bir kəndə küllü miqdarda ziyanlar vurur-ŞİKAYƏT (FOTO-VİDEO)
Dünən, 08:37
Nədən istər işəgötürənlər və ya ixtiyarı məsul vəzifəli şəxslər istədikləri vaxt əmək qanunvericiliyini pozurlar?
12-05-2024, 22:00
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
11-05-2024, 15:27
lham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİR + VİDEO
11-05-2024, 11:51
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...
11-05-2024, 11:50