"Onlar gəliblər ki, axırda deputat olsunlar, dövlət onlara ömürlük maaş versin"

"Röya, Aygün, Tünzalə harda işləyiblər? Deputat olmaq istəyirlər. Onlar gəliblər ki, axırda deputat olsunlar, dövlət onlara ömürlük maaş versin. Onlar müğənni kimi gəlməyiblər. Müğənni kimi gəlsəydilər Akif İslamzadə, Hüseynağa Hacıyev, Opera və Balet Teatrında Leyli və Məcnunu oynayan Qulu Əsgərov kimi olardılar, amma hansı ki, onlar bu dünyadan haqsız getdilər. Axı onlar Dövlət Mahnı və Rəqs Ansamblının işçiləri olublar".
Bu sözləri Sonxeber.az- a açıqlamasında Əli Mİrəliyev bu günə kimi fəxri ad almaması haqqında danışarkən deyib. O, Aygün Kazımova və digər müğənnilərin "Xırdalandan o tərəfə keçməməsi"-niiddia edərək, onların indiyə qədər hansı işdə işləməsini və bu ada layıq görülmələrindən söhbət açıb:
"Tək Aygün deyil, oxuyanların, xalq artstlərinin əksəriyyəti Xırdlandan o tərəfə keçməyib. Söhbət layiq olub- olmamaqdan gedir. Aygün harda işləyib? Musiqili Teatrındamı, Opera ya nə bilim, Filarmoniyada, harda peşəkarlığı öyrəniblər, hansı qurumda, hansı idarədə? Soruşun də, soruşun ki, harda işləmisiniz? Röya, Aygün, Tünzalə, Faiq hansı kollektivdə işləmisiniz? Mən Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamablında işləmişəm. Bəs, siz harda işləmisiniz? Necə ola bilər ki, siz xalq artisti olmusuz! Sual gəlir nətər?!
Əli Mirəliyev deyir ki, Mədəniyyət Nazirliyi təqdimat verəndə hansısa solistinin adından təqdimat yazır. Məhz, bu təqdimat sayəsində o adlar verilə bilər:
"Nazirlik yazmır ki, mənim ürəyim belə istəyir! Mənim Röya xoşuma gəlir mən onu xalq artisti edirəm. Belə olmur. Royanın kollektivdə rəhbəri olur.O, təqdimatı nazirliyə verir, nazirilik baxır. Biz belə görmüşük. Onlara kim verib təqdimatı, mənə çox maraqlıdır. Eyyub Yaqubov harda oldu xalq artisti, necə oldu bu, harda işlədi? Dan ulduzunda musiqiçi işləyib onu bilirik , müğənni kimi harda fəaliyyət göstərib? Səməd Səmədov, Faiq harda ilşləyib! Hansını deyim sizə?!
Əli Mirəliyev həmçinin müğənnilərin əksəriyyətini ad almaq üçün həyasızlıq etdiklərini də dilə gətirib:
"Həyatda həyasız insanlar var ki, nazirliklərin qapısını dağıdırlar, yalandan deyirlər ki, ay nazir mən filan yerdə işləmişəm, kağızlar gətirirlər. Biz bunları etməmişik. Bizim fərqimiz budur. Biz deməmişik ki, bizə Prezident təqaüdü verin. Mənim 70 yaşım olacaq . Biz sadəcə xalqın içindən çıxmış sadə onsanlarıq. Bizim fərqimiz bunur ki, biz sənət fədailəri olmuşuq. Mənə maraqlıdır, zəif, oxuya bilməyən, sait və samitləri, cümlələri düzgün qurmağı, şəkilçi və vuğuların yerini, notları bilməyən necə gəlib xalq artisti ola bilər?"
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2019, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-11-2019, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II