Çin TikTok-u ABŞ-yə satmaq imtina edib
Çin hakimiyyəti bəyan edib ki, "TikTok"un satışı ilə bağlı hər hansı bir razılaşma və ya şirkətə dair digər kommersiya təklifləri yerli qanunvericiliyə uyğun olmalıdır.
Bu barədə Çin Ticarət Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada deyilir.
"Konkret kommersiya razılaşmaları Çin qanunlarına, o cümlədən texnologiya ixracı ilə bağlı qanunvericiliyə uyğun olmalı, müvafiq olaraq Çin hökuməti tərəfindən nəzərdən keçirilib təsdiq edilməlidir", – deyə Ticarət Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, Pekin bazar iqtisadiyyatı qanunlarını nəzərə almadan edilən təzyiqlərə, habelə şirkətlərin qanuni hüquq və maraqlarına zərər vuran və şantaja bənzər təcrübələrə qarşıdır.
Bu arada, ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib ki, TikTok-un ABŞ-də satışı ilə bağlı razılaşma, Amerika administrasiyası tərəfindən tətbiq olunan ticarət rüsumlarına görə baş tutmayıb.
4 aprel tarixində Tramp TikTok-un ölkədə fəaliyyətinin 75 gün müddətinə uzadılması qərarını verib. Ağ Evin rəhbəri qeyd edib ki, administrasiyası TikTok-u xilas etmək üçün razılaşma üzərində çox çalışıb və böyük irəliləyiş əldə edilib. Onun sözlərinə görə, bu uzadılma bütün "təsdiqlərin" imzalanmasını təmin etmək üçün zəruridir.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2025, 18:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…