“TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açdı - Həbs olundu

“TikTok”da əvvəllər tanımadığı qadının fotolarından istifadə edərək əxlaqsız məzmunlu səhifə yaradan şəxs həbs edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Göygöl rayon Qırıxlı kənd sakini olan 32 yaşlı Cavad Əliyevə 3 il 6 ay həbs cəzası verilib.
Məlum olub ki, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurma kimi əməllərə görə tutulmuş Cavad sosial şəbəkədə təsadüfən L. Abdullayevaya (şərti) məxsus səhifəni görüb. O, qadının fotolarını götürərək əxlaqsız məzmunlu yeni səhifə yaradıb, həmin şəxsin 100 manat müqabilində görüşdüyünü yazıb. L. Abdullayeva bundan xəbər tutduqdan sonra Cavada yazaraq səhifəni bağlamasını tələb edib. Cavad isə səhifəni deaktiv etmək müqabilində dəyəri 54 dollar olan jeton göndərməsini deyib, əks halda səhifəni silməyəcəyini və onu daha da rüsvay edəcəyini bildirib.
Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra Cavad Əliyevin şəxsiyyəti müəyyənləşdirilib və ona Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.
Qeyd edək ki, daha əvvəllər də sosial şəbəkələrdə qadınların görüntülərini götürüb əxlaqsız səhifələr yaradan şəxs məsuliyyətə cəlb edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2025, 18:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…