Əks təsiri olmayan ağrıkəsici icad edildi
Yapon alimləri yan təsiri olmayan ağrıkəsici hazırlayıblar.
Yaponiyanın "Kindai" Universitetindən olan alimlər yan təsir göstərməyən və uzunmüddətli ağrıkəsici təsirə malik yeni bir antikor kəşf ediblər.
Hüceyrə adezyon molekulu 1-i (CADM1) hədəf alan yeni 3E1 antikoru, uzunmüddətli və yan təsirsiz ağrıkəsici xüsusiyyəti ilə diqqət çəkir. 3E1 antikoru sinir hüceyrələrinin səthində olan CADM1 zülalını hədəf alaraq yalnız duyğu sinirlərinə təsir edir. Mütəxəssislər bu antikorun ağrı siqnallarını ötürən sinirlərin fəaliyyətini zəiflədə biləcəyini aşkar ediblər.
"Kindai" Universitetinin Tibb Fakültəsinin professoru Akihiko Ito və komandası antikorun yalnız dərialtı duyğu sinirlərində lokalizasiya olduğunu müşahidə ediblər. Kimyəvi mənbəli ağrı testlərində 3E1 tətbiq edilən siçanların ağrıya davamlı davranışlarının əhəmiyyətli dərəcədə azaldığı görülüb. Bu təsirlər mövcud lokal anesteziklərdən daha uzun sürərək, 24 saata qədər davam edib.
Tədqiqat komandasına görə, 3E1-in ən mühüm üstünlüklərindən biri motor sinirlərə heç bir mənfi təsir göstərməməsidir. Aparılan sınaqlarda antikorun iflic və ya davranış pozuntularına səbəb olmadığı aşkar edilib.
Son illərdə osteoartrit və xroniki ağrıların müalicəsi üçün hazırlanmış antikor əsaslı dərmanlar ciddi yan təsirlər doğururdu. Lakin 3E1 motor sinirləri təsir etmədən və toksik təsirlər yaratmadan təhlükəsiz həll yolunu təqdim edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2024, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…