Təhsil İdarəsi məktəb rəhbərliyini tənbeh etdi
Təhsil müəssisəsi ilə valideynlər arasında şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı müqavilənin bağlanması məqsədə uyğun deyil.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
“Report”a müraciət edən vətəndaş Xırdalan şəhəri 1 nömrəli məktəbin şagirdlərin validenylərinə nizam-intizamla bağlı müqavilənin imzalanmasını təklif etdiyini bildirib. vakansiya
Valideynlərə təklif olunan müqavilə tipi redaksiyaya təqdim edilib.
İmzalanmaq üçün göndərilən sənəddə o cümlədən deyilir ki, “övladımın dərsə davamiyyətsizliyi və məktəbin nizam-intizam qaydalarına riayət etməməsi halı baş verərsə məktəb rəhbərliyi və pedaqoji şuranın iclası qərarını bir valideyn olaraq qəbul edəcək və etiraz etməyəcəyəm”.
Təhsil idarəsindən buna münasibət bildirilərək, qeyd olunub ki, məktəbin idarəolunmasında, şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı proseslərdə valideynlərin aktiv iştiraklarının artırılması təhsil prosesinin daha səmərəli təşkilində mühüm rol oynasa da, valideynlə əlavə müqavilənin bağlanması ilə bağlı müəssisənin müvafiq təşəbbüsünə İdarə tərəfindən müsbət yanaşılmır və bu təcrübənin aradan qaldırılması tapşırığı verilib:
“Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq, valideynlərin vəzifələri qanunla müəyyənləşdirilib. Digər vəzifələrlə yanaşı, bu vəzifələr arasında təhsilalanın təhsildən yayındırılmaması, ümumi təhsil müəssisəsinin daxili nizam-intizamına riayət edilməsi və digər mühüm məsələlər yer alır. Qeyd edirik ki, qanunla tənzimlənən bu cür məsələlərdə müəssisə və valideynlər arasında əlavə olaraq müqavilənin bağlanması uyğun deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-10-2024, 12:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…