Nadir Əliyev azadlığa buraxıldı - Digərinə 7 il həbs!

“Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, A.Həsənov və N.Əliyev hər ikisi verilmiş ittihamlarla təqsirli bilinib.

Onların hərəsinə 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Fərid Namazovun sədrlik etdiyi hakimlər cəzanı N.Əliyevə münasibətdə şərti hesab edib. O, 2 il sonra məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Digər müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Prokuror isə onların hərəsinə 11 il 6 ay həbs cəzası tələb etmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2022-ci ildə həbs ediliblər.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar.
N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2024, 15:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT