Bakıdakı sənədsiz evlər söküləcək? - Mühüm AÇIQLAMA
Son vaxtlar paytaxt ərazisində həyət evlərinin kütləvi söküntüsü halları müşahidə olunur. Çıxarışı olmayan və tikintisi qadağan olunmuş ərazilərdə inşa edilən bir çox fərdi əmlaklar qanunsuz tikili kimi sökülür. Lakin ölkə qanunvericiliyinə görə, bu prosesin aparılmasının müəyyən şərtləri var.
Həmin şərtlərə əməl olunurmu?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hansısa şirkətin öz mənfəətləri üçün başqasının əmlakını sökmək hüququ yoxdur: vakansiya
“Sökülmə prosesi yalnız torpaqların dövlət ehtiyacı üçün alınması ilə bağlı layihə olarsa, qanunvericiliyin tələblərinə uyğun həyata keçirilə bilər. Hansısa bir biznesmenin, sahibkarın, MTK-nın, bina tikən MMC-nin öz mənfəəti üçün öncədən yerləşmiş şəxsi bir məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum etmək, orada tikinti-söküntü işləri aparmaq hüququ yoxdur. Vətəndaşlar belə bir halın baş verdiyi andaca məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri ilə bağlı ərizə təqdim edib söküntü işlərinin qadağan olunmasına dair qərarları əldə edə bilərlər”.
Hüquqşünas qeyd edib ki, şirkətlər çıxarılmış məhkəmə qərarını icra etmədikdə, Cinayət Məcəlləsinə əsasən, onları ciddi məsuliyyət gözləyir:
“Əgər çıxarılmış məhkəmə qərarları söküntünü aparan şirkət tərəfindən icra olunmadığı təqdirdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, həmin vəzifəli şəxslər barəsində cinayət işi açılacaq. Həmin cinayət işinin sanksiyası isə, həmin şəxsin 3 ilədək müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5000 manatdan 7000 manatadək cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2024, 14:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT