Bu kolleclərə direktorlar təyin olundu - Foto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Neymət Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində alıb, magistratura səviyyəsini isə ADA Universitetində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə bitirib. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışıb. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır.
Xatirə Məlikova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dillər Universitetində təhsil alıb. Hazırda ADA Universitetində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. O, 2009-2022-ci illərdə İsmayıllı rayon Tircan kənd tam orta məktəbində müəllim kimi çalışıb. X.Məlikova 2022-ci ildən bu təyinatadək Şamaxı rayon E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin direktoru vəzifəsini icra edib.
Elşad Əhmədov 2012-ci ildə “Rəngkarlıq” ixtisası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) bakalavriat təhsili alıb. Daha sonra 2012-2018-ci illərdə İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında “Dəzgah rəngkarlığı” ixtisası üzrə təhsil alıb. 2023-cü ildən etibarən ADRA-da rəsm müəllimi kimi çalışır.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2024, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT